SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Parfümün qalıcı olması üçün pik nöqtələr

whatsappda paylaş Whatsapp-la göndər
Parfümün qalıcı olması üçün pik nöqtələr
Ətrin qalıcı olması üçün nə etməliyik? Araşdırdıq! Ətir seçərkən çox diqqət göstərərik. Bədənimizə uyğun gəlməsi, ətrin qalıcılığı və yanında istifadə etdiyimiz bədən losyonları, duş gelleriyle ətirimizin başı başına çox xüsusi olmasını istəyərik. Yaxşı ətrin qalıcılığını necə artıracağınızı bilirsinizmi? Dəri tipinizə görə necə ətir seçmək lazım olduğunu və ətri nə miqdarda istifadə etməniz lazım olduğunu Evoria mütəxəssisləri söyləyir! Ətrin qalıcı olması üçün nə etməli? Ətirin gözəl iy verməsi üçün hər daim təmiz bədənə vurun. Təsiredici və gözəl bir qoxunun ilk şərti təmiz bir bədəndir. Xüsusilə ətiri duşdan sonra istifadə etdiyiniz zaman daha qalıcı olduğunu hiss edərsiniz. Ətri təmiz bədənə tətbiq etmək həm qalıcılığını artırar, həm də daha gözəl iy vermənizi təmin edər. Ətrinizi daha qalıcı hala gətirmənin bir başqa yolu da ətiri hara tətbiq edəcəyinizi bilmənizdir. Nəbzin vurduğu yerlər ətrin qalıcılığını və gözəl qoxunu dəstəkləyən ən yaxşı yerlərdir. Biləklər, boyun, sinə arası, qulaq arxası və düz araları daha isti və nəmli bölgələr olduğu üçün ətir bu bölgələrdə istifadə edilməli. Ətirinizi dəri tipinizə görə seçicinik lazımdır. Beləcə ətirin nə qədər qalıcı olduğunu anlaya bilərsiniz. Ətri daha uzun müddət saxlayan yağlı dəri tipinə sahib olanlar bu mövzuda olduqca şanslılar. Ancaq quru bir dəri quruluşuna sahib olanlar üçün vəziyyət birazca fərqlidir. Quru dərilərdə ətirlər çox tez təsirini itirdiyi üçün daha çox fasilələrlə tətbiqiniz lazımdır. Ətir seçim edərkən diqqət etməniz lazım olan ən vacib şeylərdən biri, ətri bədəninizin necə qarşıladığıdır. Hər ətiri yalnız moda olduğu üçün almamalısınız. Ətirin bədəninizə nə qədər uyğunlaşma təmin etdiyini, qoxunun dəyişib dəyişmədiyi anlamaq üçün sınayaraq alın. Ətri yoxladıqdan daha sonra 3 - 4 saat keçməsini gözləyin. Lazım olsa bir gün ara verin. Bu üsul ətir seçərkən çox işinizə yarayacaq və bu sayədə doğru ətir seçmənizi asanlaşdıracaq. Ətir seçərkən yalnız 3 dənə qoxu yoxlayın. Çünki 3 qoxudan sonra bütün qoxular bir-birlərinə qarışarlar. Öz ətirinizə qərar verərkən əvvəlcə biləyinizi iç tərəfinə bir parça vurun və üstündən 10 dəqiqə keçməsini gözləyin. Bu müddətdə spirt buxarlaşar və bədənin kimyasıyla uyğunlaşması tamamlanaraq həqiqi təsiri ortaya çıxır. Bu üsulla ən çox 3 qoxuya baxın. Daha çoxu qoxu duyğunuzun keçici müddətlə təsirsizləşməsinə səbəb olar. Ətirlərinizi soyuducuda saxlamaq daha uzun müddət istifadə etmənizi təmin edər. Buna görə qaranlıq sərin bir yer seçin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 128
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN