SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləlik əlamətləri

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləlik əlamətləri
Hamiləliyin 5 erkən əlamətləri Hamiləliyin bir çox erkən əlamətləri var, lakin, hər qadın fərqlidir və bunların hamısını yaşaya bilməz. Aşağıdakıların hamısı hamiləliyin erkən əlamətləri ola bilər, lakin, buraxılmış menstruasiyadan başqa, onların hamısı qadının normal menstruasiya dövrünün bir hissəsi ola bilər. 1. Buraxılmış menstruasiya dövrü Əgər müntəzəm menstruasiya dövrünüz varsa, o zaman, buraxılmış menstruasiya hamilə olduğunuzun əsas əlamətidir. Lakin, bəzi hallarda siz hamilə olsanız belə, az qanaxma ola bilər. Buna görə də, əgər sizdə hamiləliyin digər əlamətləri varsa, hamiləlik testi götürməyiniz məsləhətdir.​ 2. Ürək bulanması və qusma Bəzi qadınlar səhər ürəkbulanması yaşayırlar, hətta hamiləliyin erkən mərhələlərində belə. Adına baxmayaraq, səhər üləkbulanması günün hər hansı vaxtında və ya gecə baş verə bilər və ürəkbulanması və ya qusma ilə seçilir. Əgər öhdəsindən gəlmək çətindirsə, səhər ürəkbulanmasını azaltmaq haqqında məsləhətləri bizim hamiləlik zamanı bədəniniz​​ bölməsindən ala bilərsiniz. 3. Yorğunluq və emosional hiss etmə Hamiləlik sizi yorğun hiss etdirə bilər, xüsusən ilk trimesterdə. Hormon artımı daxil olmaqla bədəninizdə gedən bütün dəyişikliklər sizi normaldan artıq emosional edə bilər. 4. Tez-tez ayaqyoluna getmək Sidik kisənizi tez-tez boşaltmaq istəyi, xüsusən hamiləliyin 6 və 8-ci həftələrində gecə vaxtları, hamiləliyin erkən əlamətlərindən biridir. 5. Dəyişmiş döşlər Siz döşlərinizdə aybaşının başlamasında olduğu kimi eyni dəyişiklikləri hiss edə bilərsiniz. Bu zaman, döşləriniz böyüyür, damarlar daha aydın görünür və döş gilələri daha tünd və qabarmış olur. Döşləriniz, hətta, səsə və toxunuşa qarşı həssas ola bilər. Hamiləliyin digər mümkün erkən əlamətləri Vaginada axıntı - hamilə olduğunuz zaman, vaginada axıntının artdığını görmək olar (heç bir ağrı və ya qıcıqlanma hissi olmadan). Dad və qoxu bilmədə dəyişiklik - bəzi qadınlar qəribə metal dadı hiss etdiklərini bildirirlər. Həmçinin, əvvəllər xoşladığınız qidaya qarşı həvəsinizi itirə və yeni yeməklər istəyə bilərsiniz. Qoxu bilmə qabiliyyətinizə gəldikdə, müəyyən qoxulara artıq dözə bilmədiyinizi hiss edə bilərsiniz. Hamiləlik testi Hamilə olduğunuzu yoxlamağın ən yaxşı yolu hamiləlik testidir. Bir çox apteklər müxtəlif hazır testlər təklif edirlər, buna görə də, əgər yuxarıdakı əlamətlərdən hansısa sizdə varsa, bunu test ilə yoxlayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 3869
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN