SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Nanənin qızıldan qiymətli faydaları

whatsappda paylaş Whatsapp-la göndər
Nanənin qızıldan qiymətli faydaları
Bir çox insan mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yabanı nanəni məsləhət görürlər. İlk növbədə nanə mədədə yaranan qazın aradan qaldırılmasında və iştahanın açılmasında effektiv rol oynayır. Nanə keçmiş dövrlərdə də mədə ağrılarına qarşı dərman kimi istifadə edilib. Hətta bir çox dərman dükanlarında xüsusilə mədə müalicəsi üçün satılıb. Nanənin tərkibində uçucu yağ, tanen və acı maddə var. Bu bitkinin tərkibində olan faktorlar mədə problemi yaşayanlar üçün olduqca təsirlidir. Bununla yanaşı, nanənin kişilərdə güc artırma, ürək gücləndirmə, bədəndəki spazm ağrıları və ruhi-əsəbi narahatlıqlarını aradan qaldırmaq kimi faydaları da var. Təbii dərman olan nanənin istifadə qaydası: 1-2 çay qaşığı qurudulmuş çöl nanəsi yarpağı üzərinə 1 stəkan qaynar su tökülür. 10-15 dəqiqə dəmlənməyə qoyulur. Çay gündə üç dəfə içilə bilər. Çox içmək məsləhət deyil, çünki başgicəllənməyə səbəb olar. Böyrək problemi olanlar da nanədən uzaq durmalıdırlar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 362
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN