Dişlərinizi bu üsulla 5 dəqiqəyə ağ-appaq edin

whatsappda paylaş Whatsapp-la göndər
Dişlərinizi bu üsulla 5 dəqiqəyə ağ-appaq edin
Bahalı məhsul və ya müalicələrə tonlarla pul xərcləmədən daha ağ dişlər istəyirsiniz? Nəysə ki, diş ağartma üçün möcüzə nəticələr verən və hər evdə olan bir məhsul var; SODA Soda - çay, qəhvə, siqaret, digər ərzaq və içkilərin səbəb olduqları ləkələri aradan qaldırma mövzusunda olduqca təsirli bir maddədir. Limon və sodanın dişinizi ağartması üçün necə istifadə olunmasını bu xəbərdə tapa bilərsiniz. Bir neçə damla limon suyu və bir çay qaşığı sodanı bir fincanda qarışdırın. Qarışıq məcun halına gələnə qədər qarışdırmağa davam edin. Əldə etdiyiniz məhlulu diş fırçası istifadə edərək ya da barmağınızın ucuyla dişlərinizə çəkin. Məhlulu xüsusilə dişlərinizin ləkəli hissəsinə iki dəqiqə ərzində ovaraq tətbiq edin. İki dəqiqədən çox etməyiniz məsləhət deyil. Əks təqdirdə diş minası aşına bilər. Ayrıca sodanın dadının çox gözəl olmadığını da xatırlatmadan keçməyək. Bunu etdikdən sonra qalan məcun artıqlarını ağzınızdan bol su ilə çalxalayaraq tüpürün və təmiz bir diş fırçasıyla normal bir diş pastası istifadə edərək dişlərinizi fırçalayın. Soda və limon suyu ilə diş ağartma əməliyyatını bir gündən bir tətbiq edin. Bu şəkildə 7 dəfə tətbiq etdikdən sonra 2 həftə ara verin və əgər dişləriniz hələ kifayət qədər ağ deyilsə təkrar 7 dəfə tətbiq edə bilərsiniz. Dişlərinizin 5 dəqiqə əvvəlki vəziyyətləri ilə məhlulu vurduqdan sonrakı vəziyyəti göz önündə olacaq. Dişləriniz artıq ağarmış vəziyyətdə olacaq.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 297
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN