SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Quzu ətli tas kababı resepti

whatsappda paylaş Whatsapp-la göndər
Quzu ətli tas kababı resepti
Tərkibi: 1 kq quzu əti 300 q xırda soğan (arpacıq) 1 x.q. duz 1 ç.q. qara istiot 1 armudu st. su quyruq yağı göy soğan 1 dəstə cəfəri 1 qəhvə fincanı narşərab Hazırlanması: Quzu ətini xırda doğrayın. Soğanların qabığını soyun. Ət, duz, qara istiot və soğanı bir qabda qarışdırın. Odadavamlı tasa yığın. Üzərinə 1 armudu stəkan su əlavə edin. Üzərinə quyruq yağı düzün. Bu qabın ağzına dəyirmi soba formasını qoyub tərs çevirin. Yeməyi vam odda 3 saat bişirin. Hazır olduqdan sonra tası götürün. Cəfəri və göy soğanı xırda doğrayın. Xörəyin ətrafına yayın, üzərinə narşərab gəzdirin (Cəfəri, göy soğan və narşərab qarışığını bişməmişdən öncə birbaşa ətə də əlavə etmək olar. Ancaq o zaman rəngi dəyişəcək). Süfrəyə adi düyü (basmati) plovu ilə verə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 237
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN