SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Balaca qara don resepti

whatsappda paylaş Whatsapp-la göndər
Balaca qara don resepti
Tərkibi: biskvit: 85 q kərə yağı 85 q tünd şokolad (70%+) 1 fincan (142 q) un 3/4 (150 q) fincan şəkər tozu 30 q kakao tozu 1/2 ç.q. duz 1 ç.q. qabartma tozu 1 çimdik duz 2 iri yumurta 3/4 fincan (150 ml) qatıq (2%) 2 x.q. süd 1 ç.q. vanil cövhəri krem: 200 q tünd şokolad (70%+) 35 q kərə yağı 1/3 fincan (80 ml) süd 1 çimdik duz 100 ml yağlı qaymaq (vacib deyil) 2 x. q. tünd rom və ya konyak Hazırlanması: Sobanı 160-165 dərəcə qızdırın. 20 sm diametrli formanı kərə yağı ilə yağlayın. Yağla şokoladı əridin, bir qədər soyudun. Un, kakao tozu, şəkər tozu, duz və qabartma tozunu qarışdırın. Yumurta, süd, qatıq, vanil cövhərini qarışdırın, şokoladlı-yağlı qarışığı əlavə edib çalın, quru ərzağı da (unlu qarışıq) qatıb əlüstü qatı xəmir hazırlayın. Xəmiri formaya tökün, hamarlayıb sobaya qoyun. 30-35 dəqiqə bişirin, sonra çöplə bişib-bişmədiyini yoxlayın. 15 dəqiqə formada soyudun, sonra çıxarıb şəbəkənin üzərinə qoyun, tam soyusun. Krem: su hamamında yağ, şokolad və südü əridin. Əriməyə başlayan kimi daim qarışdırın, eynicinsli olanda götürün, 15 dəqiqə soyudun. Duz, rom (konyak), qaymaq (əgər istifadə edəcəksinizsə) əlavə edib dərhal 30-60 saniyə müddətində çalın. Krem tez soyuyub qatılaşır, ona görə də diqqətli olun. Lazım gələrsə, su hamamında qızdıra bilərsiniz. Hazır kremi soyumuş korjun üzərinə çəkin, hamarlayın. Təzə giləmeyvələrlə bəzəyin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 225
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN