Şambali resepti

whatsappda paylaş Whatsapp-la göndər
Şambali resepti
Tərkibi: 500 q mannı 2 st. qatıq 2,5 st. şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu şərbət: 2,5 st. şəkər tozu 3 st. su üzərinə: fıstıq Hazırlanması: Dərin bir qabda mannı və qatığı mikserlə çalın. Şəkər tozu, vanil və qabartma tozunu əlavə edib çalın. Sinini yağlayıb xəmiri içinə tökün. Üzərinə fıstıqları aralı-aralı düzün. Sobanın temperaturunu 180 dərəcə əyarlayıb 5 dəqiqə qızdırın. Sonra sinini içinə qoyub şambalini 30 dəqiqə bişirin. Şərbət: qazana su və şəkər tozu töküb ocağa qoyun. Qarışdırın. Şəkər tozu əriyib su qaynayınca ocaqdan götürün, soyudun. Bişmiş şambalini də sobadan çıxarıb soyumasını gözləyin. İlıq şambalinin üzərinə ilıq şərbəti gəzdirin. Bir gün saxlayıb sabahı gün süfrəyə verin. Unlu şambali Tərkibi: 1 st. un 2,5 st. mannı 1 st. şəkər tozu 1 st. qatıq 1 armudu st. bitki yağı 0,5 armudu st. süd 2 paket vanil 1 paket qabartma tozu şərbət: 2 st. şəkər tozu 2 st. su 1 dilim limon üzərinə: 50 q badam və ya fıstıq Hazırlanmsaı: Öncə şərbəti bişirin: qazanda su və şəkər tozunu qaynadın. Qaynara düşəndə 1 dilim limon salıb 1-2 dəqiqə də qaynadın, ocaqdan götürün, soyudun. Xəmir: şəkər, qatıq və bitki yağını yaxşıca çalın. Mannı, süd, vanil, qabartma tozu əlavə edib çalın. Az-az un əlavə edib çalın. Yağlanmış siniyə boşaldıb üzərini hamarlayın. Badamları 5 dəqiqə qaynar suda saxlayıb qabığını təmizləyin. Şambalinin üzərinə aralı-aralı basdırın. 180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə, qızaranadək bişirin. Bir qədər soyuduqdan sonra doğrayın. İlıq olanda ilıq şərbəti üzərinə gəzdirin. Süfrəyə dondurma ilə verə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 260
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN