SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ağac bürclər

whatsappda paylaş Whatsapp-la göndər
Ağac bürclər
Ağac bürcünü təqdim edirik: 23-31 dekabr - Alma 1-11 yanvar - Küknar 12-24 yanvar - Qaraağac 25 yanvar - 3 fevral - Sərv 4-8 fevral - Qovaq 9-18 fevral - Sədr 19-28 fevral -Şam 1-10 mart - Söyüd 11-20 mart - Cökə 21 mart - Palıd 22-31 mart - Fındıq 1-10 aprel - Quşarmudu 11-20 aprel - Ağcaqayın 21-30 aprel - Qoz 1-14 may - Qovaq 15-24 may - Şabalıd 25 may- 3 iyun - Göyrüş 4-13 iyun - Vələs 14-23 iyun - Əncir 24 iyun - Toz ağacı 25 iyun - 4 iyul - Alma 5-14 iyul - Şam 15-25 iyul - Qaraağaç 26 iyul - 4 avqust - Sərv 4-13 avqust - Qovaq 14-23 avqust - Sədr 24 avqust - 2 sentyabr - Şam 3-12 sentyabr - Söyüd 13-22 sentyabr - Cökə 23 sentyabr - Zeytun 24 sentyabr - 3 oktyabr - Fındıq 4-13 oktyabr - Quşarmudu 14-23 oktyabr - Ağcaqayın 24 oktyabr - 11 noyabr - Qoz 12-21 noyabr - Şabalıd 22 noyabr - 1 dekabr - Göyrüş 2-11 dekabr - Vələs 12-21 dekabr - Əncir 22 dekabr - Qayın Alma - cazibəli, diqqətcəkici, təsir etmə qüvvəsinə malik. Xoş auraya sahibdir. Məcarapərəst olsa da, həssas və comərtdir. Elmi sahələrə marağı var. Xəyalgücü yüksəkdir. Göyrüş - həyat eşqi olan, tələbkar, tənqidə qulaq asmayan. Ağıllı, bacarıqlı amma eqoist. Bəzən beyni qəlbinə əmr edə bilər. Münasibətləri çox ciddi qəbul edir və sadiqdir. Qayın - yaradıcı, yüksək zövqə malik. Görünüşünə böyük önəm verir. Karyera və yaxşı yaşayış üçün əlindən gələni edir. Qənaətcildir, lazımsız risqlər etmir. Toz ağacı - dostcanlı, həyat eşqi olan, təvazökar, kobudluqdan nifrət edən insandır. Xəyal gücü yüksəkdir. Sülhü bərpa etməyi sevir. Sədr - zərif, hər şəraitə uyğunlaşan, lüksü sevən, özünə güvənən, başqalarına bir az yuxarıdan baxan insandır. Qərarlı, lakin səbrsizdir. Nikbin, bacarıqlı olur. Şabalıd - ədalətli və şəndir. Diplomat xarakterlidir. Münasibətlərində çox həssasdır. Sərv - güclü, hər şəraitə uyğunlaşan, nikbin, pulu sevən şəxsdir. Yalnızlıqdan nifrət edir. Sədaqətlidir, ancaq qaydalara riayət etməyi sevmir. Bir az biganəliyi də var. Qaraagac - geyiminə diqqət edən, insanları şənləndirməyi bacaran, liderlik etməyi sevən. Dürüst və sadiq həyat yoldaşı ola bilər. Başqalarının əvəzindən qərar verməyi sevir. Yaxşı zəkası və yumor hissi var. Əncir - güclü, heç kimdən asılı olmayan, mübahisələrə çox önəm verməyən, ailəcanlı, yaxşı ata və heyvansevərdir. Yumor anlayışı var, tənbəllik etməyi sevir. Ağıllı və zəkalıdır. Küknar - qeyri-adi zövqə sahib, gözəl olan hər şeyi sevən, dikbaş, biganə. O qədər də təvəzökar olmasa da, etibarlı insandır. Fındıq- cəlbedici, anlayışlı, tələbkar olmayan, sosial həyatda fəaldır. Kaprizli sevgilidir. Ədalət hissi güclüdür. Vələs- xarici görünüşünə və özünə qulluq etməyə diqqət edir, zövq sahibidir. Başqalarını özlərindən daha çox düşünür. Həyatı mümkün qədər asanlaşdırmağa çalışır. Xoşbəxtliyi asanlıqla tapmır. Qərarlarından heç vaxt əmin olmurlar. Cökə - dava-dalaşdan nifrət edir, çalışqan, sterslidir. Mərhəmətlidir, çəkinmədən fədakarlıq edə bilər. Qısqanc, ancaq vəfalıdır. Ağcaqayın - xəyalgücü böyük, utancaq, qürurlu, özünə güvənən, yeniliyi sevir. Yaddaşı qüvvətlidir. Palıd - cəsur, güclü, heç kimdən asılı olmayan. Rəhmi gəlmək duyğusu çox azdır. Şansa güvənmir. Zeytun - Günəşi, isti havanı süevir. Şiddətdən və zorakılıqdan uzaq, sakit, hamı ilə dil tapan şəxsdir. Həssas olsa da, qısqanclıqdan uzaqdır. Şam - sakit və güclü, təbiidir. O, qədər dostcanlı deyil. Tez aşiq olub, tez sönənlərdəndir. Hər şeydən asanlıqla əl çəkə bilər. Ancaq etibarlı adamdır. Qovaq - özünə çox etibar etmir, sadəcə lazım olanda cəsarətli ola bilir. Çox seçir, adətən yalnız olur. Kinlidir, yaxşı təşkilatçılıq qabiliyyəti var. Quşarmudu - insanları şənləndirə bilən, eqoistlikdən uzaq, həyatı sevən şəxsdir. Zövqlüdür, həssas, aktrisalıq qabiliyyəti var. Yaxşı həyat yoldaşı olar, ancaq çox gec bağışlayır. Qoz - qəribəlikləri var, eqoist və aqressivdir, gözlənilməz reaksiyalar verə bilər. Heç nəyi asanlıqla bəyənməz. Qısqancdır və kimsə uyğunlaşmaq üçün əmək sərf etməyi, fədakarlıq etməyi xoşlamır. Söyüd - insanlara təsir edə bilir. Səyahət etməyi sevir, xəyalpərəstdir. Kaprizli olsa da dürüst insandır. Təsir altına asanlıqla düşsə də, tələbkardır, hissləri qüvvətlidir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 362
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN