SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Körpələrdə qaytarma

whatsappda paylaş Whatsapp-la göndər
Körpələrdə qaytarma
Körpələrdə turşu qaytarmanı başa düşmək Sağlam körpələr tez-tez az miqdarda süd qaytarır, bu çox normal haldır. Bəzən onlarda qusma da ola bilər. Bu, turşu qaytarma sayılmır və narahat olmağa dəyməz. Bu cür qaytarmalar adətən 4-6 ayında baş verir və 12 ayından sonra tamamilə keçib gedir. Körpəniz vaxtaşırı qaytarırsa, narahatlıq keçirmirsə və çəkisi artırsa, bu bir problem deyil. Lakin körpəniz müntəzəm surətdə və çox miqdarda qusursa, qidalanarkən çətinlik və ya narahatlıq olursa, turşu qaytarması ola bilər. Körpələrdə turşu qaytarmasının səbəbləri Körpələr qida borusu və mədə arasında klapan hələ tam inkişaf etməyib, belə ki, doğru zamanda işləməyə bilər və ya tamamilə mədəni bağlamaq üçün gücü çatmaya bilər. Süd buradan boğaza qaytarıla və oradan da ağızdan geri tökülə bilər. Qusma, həmçinin, körpənizin qidalanma üsulundan (çox sürətlə, birdəfəyə çox miqdarda, həddindən artıq hava udma), maşında ürəkbulanmadan və ya xəstəlikdən baş verə bilər. Körpələrdə reflüks əlamətləri Körpənizin refluksdan əziyyət çəkdiyini başa düşməyin əlamətləri aşağıdakılar ola bilər: Gəyirmə və ya qusma Nəm gəyirmə və ya tez-tez hıçqırıqlar Daimi və ya ani ağlama Qıcıqlanma və ağrı Adətən tez-tez oyanmalarla zəif yuxu vərdişləri Yemək yeyərkən və ya yedikdən sonra boyunu və beli əymə Körpədə turşu refluksunun müalicəsi Əgər körpənizə refluks diaqnozu qoyulubsa, onu qidalandırma, tutma və geyindirmə tərzini dəyişməyin müsbət təsiri olacaq. Az miqdarda lakin tez-tez qidalandırma körpənizin mədəsinin tam dolmasının qarşısını alacaq. Qidalandırarkən və qidalandırdıqdan sonrakı 20 dəqiqə ərzində körpəni şaquli şəkildə düz saxlamaq hər şeyin qaydasında olmasına kömək edəcək. Qidalandırma zamanı və qidalandırdıqdan sonra körpəni gəyirtmək də, həmçinin, refluksu azalda bilər. Mədəsi ətrafında dar olan geyimləri körpələrə geyindirməyin, çünki onlar həzmetməyə mane ola bilər. Əgər şüşə ilə qidalandırısınızsa, Sümsü ağacının paxlasının kamedisi qatılaşdırır və hava udmasının qarşısını alır. Qatışıq daha sonra mədədə qalınlaşır və gəyirmənin qarşısını alır. Körpənizdə ciddi refluksun olduğundan narahatsınızsa, biz sizə həkiminizlə və ya farmaseftlə danışmağı məsləhət görürük.​ ​
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 2760
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN