SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Şokoladlı dondurmalı yaş keks

whatsappda paylaş Whatsapp-la göndər
Şokoladlı dondurmalı yaş keks
Hər fəsildə dondurma sevərlər üçün nəfs bir tərifimiz var: Bol şokoladlı, dondurmalı keks! İstər özünüzə, istər qonaqlarınıza edin, damaqlarda dad buraxın! Vəsaitlər 4 nəfərlikdir, ehtiyacınıza görə bərabər ölçüdə azaldıb - çoxalda bilərsiniz. Tərkibi: 3 yumurta 50 qram pudra şəkəri 100 qram tünd şokolad 100 qram südlü şokolad 200 qram kərə yağı 40 qram un 25 qram kakao Üzəri üçün şokolad sousu Arası üçün dondurma Hazırlanması: Yumurta və pudra şəkərini dərin bir qaba töküb mikser köməyi ilə çırpın. Tünd şokoladı benmari üsulu ( buxarda) əridib içinə kərə yağını əlavə edib qarışdırın. İlıq olması üçün kənarda gözlədin. Un və kakaonu qarışdırıb yumurta və şəkərə əlavə edin və yaxşıca qarışdırın. Soyuması üçün gözlətdiyiniz şokoladlı qarışığı əlavə edib qarışdırmağa davam edin. Südlü şokoladı kub-kub qırıb içinə əlavə edib son dəfə qarışdırın. Keks qarışığını yağlı kağız kalgalı qəlibə alın. əvvəldən isidilmiş 180 dərəcə sobada 30-35 dəqiqə bişirin. Soyuyan keksi ortadan ikiyə kəsin, arasına vanilli dondurma qoyub digər parça ilə üzərini bağlayın. Şokolad sous ilə birlikdə soyuq servis edin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 475
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN