Qiyməli top börək resepti

whatsappda paylaş Whatsapp-la göndər
Qiyməli top börək resepti
Tərkibi: 400 q qiymə 2 yuxa 2 soğan 2 x.q. kərə yağı 1 ç.q. şəkər tozu 1 x.q. küncüt 1 x.q. çörəkotu 5 x.q. süd 5 x.q. bitki yağı duz qara istiot zirə Hazırlanması: Xırda doğranmış soğanı kərə yağında qovurun. Qiymə və şəkər tozu əlavə edin, bişənə yaxın duz, istiot və zirə qatıb ocaqdan götürün, soyudun. Yuvarlaq dərin qabin içini yağlayın. Küncütlə çörəkotu səpin. Yuxalardan birini içinə sərin. Kənarlarını qopardın. Bir qabda südlə kərə yağını qarışdırın, yuxanın üzərinə çəkin. Qiyməli içdən 2-3 x.q. yuxanın üzərinə qoyun. Yenidən yuxa qoyub, üzərinə südlü qarışıq çəkin və iç qoyun - beləcə ərzaq bitənədək lay-lay düzün. Ən üstdə yuxa olmalıdır. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bir qədər soyuduqdan sonra boşqaba tərs çevirin. Doğrayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 252
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN