SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Çörəklə bişirilmiş toyuq resepti

whatsappda paylaş Whatsapp-la göndər
Çörəklə bişirilmiş toyuq resepti
Tərkibi: 1 toyuq 400 q buğda çörəyi 250 q baş soğan 2 diş sarımsaq 100 q qara zeytun (yaxud zoğal) 4 x.q. zeytun yağı 1 x.q. kəklikotu qurusu duz qara istiot Hazırlanması: Həvəngdəstədə sarımsaq, duz və dənəvər istiotu döyün. 3 x.q. zeytun yağı əlavə edin. Baş soğanı halqa doğrayın (nə qədər çox olsa, bir o qədər dadlı olacaq). Toyuğun ətini sümüyündən ayırın. (Ayrıca toyuq hissələri - bud, yaxud qanad da olar. Tək toyuq döşü isə quru alınır). Əti bir qaba yığıb kəklikotu və sarımsaqlı marinad qataraq qarışdırın, soğanı əlavə edib bir daha qarışdırın. 30 dəqiqə saxlayın. Çörəyi kubik doğrayın (çox xırda olmasın). Sinini zeytun yağıyla yağlayın. Çörək kubiklərini düzün. Toyuq ətini üzərinə düzün (amma soğansız), marinadı üstünə gəzdirin. 200 dərəcə qızdırılmıq sobada 20 dəqiqə bişirin. Çıxarıb soğanı toyuğun üzərinə düzün. Daha 15 dəqiqə bişirin. Qara zeytun düzüb süfrəyə isti-isti verin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 210
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN