SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Limonlu kokoslu tort resepti

whatsappda paylaş Whatsapp-la göndər
Limonlu kokoslu tort resepti
Xəmir (6 korj): 6 yumurta 6 x.q. şəkər tozu limonlu kurd: 1/4 st. limon şirəsi 1/4 st. su 1 x.q. limon sedrası 2/3 st. şəkər tozu 3 yumurta bəzək: 1 st. kokos yonqarı çalınmış qaymaq jelatin limon Hazırlanması: Hər korj üçün 1 yumurta, 1 x.q. şəkər tozu və 1 x.q. un götürün. Hər korj üçün bu ərzağı ayrıca çalıb 180 dərəcə qızdırılmış sobada bişirin. Limon şirəsinə şəkər tozu və limon sedrası əlavə edib ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. Yumurtaları çalın, çalmağı dayandırmadan qaynar limon şirəsini nazik axınla əlavə edin. Yenidən ocağın üstünə qoyun, qarışdırın, qaynara düşəndən sonra 5 dəqiqə, qatılaşanacan qarışdıraraq bişirin, başqa təmiz qaba tökün, üzərinə plyonka çəkib soyudun. Hər biskvit korjunun üzərinə limonlu kurd çəkib kokos yonqarı səpin. Sonuncu biskvitin üzərinə limonlu kurd çəkmək ləzım deyil. Jelatini qablaşdırmasında göstərilən qaydada suda isladın. Şişəndən sonra ocağın üstünə qoyun, qaynara düşəndə götürün. Qaymağı çalın, jelatinlə birləşdirin, tortun üzərinə və kənarlarına bu qarışığı çəkin. Tortun üzərinə limonlu kurd çəkin. Yarım stəkan kokos yonqarını 180 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək qovurun. Bunu tortun kənarlarına səpin. Tortun üst hissəsində, kurdun kənarı ilə kremdən halqa çəkin, ortasına limon dilimləri qoyun.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 312
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN