SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ev şəraitində sellulitlərin həlli və sellulit əleyhinə maskalar

whatsappda paylaş Whatsapp-la göndər
Ev şəraitində sellulitlərin həlli və sellulit əleyhinə maskalar
Sellulit demək olar ki, çox qadının omba və bud hissəsində görülən, bədən yağlarının toxumalar vasitəsilə həddən artıq çox çəkilməsilə yaranan xoşagəlməyən görünütüdür. Bu hal qadınlar tərəfindən ən çirkin yağ forması olaraq qəbul edilir və sanki süzmə pendiri, portağalı xatırladır. Bədəndə bir dəfə sellulit yarandısa ondan yaxa qurtarmaq çətin olur. Sellulitin səbəbləri olaraq bir çox faktorlar əsas götürülə bilər. Əsasən, orqanizmdəki toksinlər yağ hüceyrələrinə təsir etdir və bu da, sellulitin yaranmasına səbəb olur. Və təsir olunan hissədə bol miqdarda yağ hüceyrələri yerləşir. Bu yağlardan da, adi qaydalarda yaxa qurtarmaq heç də asan deyil. Yaya yaxınlaşdığımız, çimərlik mövsümünün də gəldiyi bir zamanda yəqin ki, gözəl xarici görkəmə siz də sahib olmaq istəyərsiniz. Buna görə də, sizə heç bir estetik əməliyyatsız, ev şəraitində yaxa qurtarmağın yollarını yazırıq. İlk növbədə mütamadi olaraq idman və balanslı qidalanma vacibdir. Düzgün qidalanın Qeyd etdiyimiz ki, sellulitdən yaxa qurtmağın ən asan yolu məhz düzgün qidalanmaqdır. Gündə ən azı 1.5-2 litr su içmək lazımdır. Bu sizə zərərli toksinlərdən azad olmağa kömək edəcək. Kola, meyvə suları, kremli kofe, duzlu içkilər (ayran, turşu suyu və s.) qəbul etməməlisiniz. Çəki almağınıza şərait yaradacaq qidalardan tamamilə uzaq durun. Çünki orqanizmdəki yağ miqdarı artdıqca sellulitləri də yox etmək çətinləşəcək. P və C vitaminləri olan qidalar qəbul edin. Xüsusilə də, narıncı qidalar, albalı, çiyələk, portağal, qreypfrut, bütün yaşıl tərəvəz və göyərtiləri bol miqdarda rasionunuza əlavə edin. C vitamini güclü antioksidantdır. Orqanizminizdəki zəhərli maddələri yox etmək üçün ananas yemənizdə fayda var. Qızartmalar, cipslər, atışdırmalıq hazır qidalardan uzaq durun. İdman hərəkətlərini vaxtında edin Selluliti yox etməkdə başlıca üsullardan biri düzgün qidalanmadırsa, digəri məhz düzgün, vaxtında idman etməkdir. Buna görə də, qidalanmanızla balans təşkil edəcək idman proqramı hazırlayın. Sellulitin yaranması daha çox özünü ayaq hissədə göstərir. Həftədə ən az 3 gün 1 saat olmaqla sürətli qaçın. Nəticədə həm kalori yandıracaqsınız, həm də, qanın fəaliyyəti də yaxşılaşacaq, sellulitlərdən daha tez yaxa qurtacaqsınız. Çünki sürətli qaçış ayaq əzələlərini yaxşı işlədir və maddələr mübadiləsini də sürətləndirir. Masajı unutmayın İdman və hissələrə görə masaj selluliti yox etməkdə ən yaxşı müalicə üsuludur. Duş alarkən bu zamanı bir az daha uzadın və bədən fırçası ilə sellulitli hissələrinizi masaj edin. Belə masaj qanın bədəndə hərəkətini sürətləndirəcək. Nəticədə isə sellulitlərdən yaxa qurtmaq asanlaşacaq. Həftədə ən az 2 dəfə bədən fırçası ilə masaj etsəniz fərqi siz də hiss edəcəksiniz. Bundan əlavə sellulit əleyhinə olan xüsusi kremlərdən istifadə edərək də masaj etmənizdə fayda var. Bunun üçün sadəcə düzgün kremi seçməniz yetərlidir. Biz sizə sellulitlərinizlə mübarizə aparmaqda kömək edəcək iki kremi məsləhət görürük. Onların hər ikisi sellulitləri effektiv şəkildə yox etməkdə çox faydalıdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 851
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN