SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Arıqladır, xərçəngdən qoruyur, sümükləri möhkəmlədir

whatsappda paylaş Whatsapp-la göndər
Arıqladır, xərçəngdən qoruyur, sümükləri möhkəmlədir
Çoxumuzun imtina edə bilmədiyi plov qida dəyəri baxımından zəngin yemək deyil. Plov yeyərək, artıq çəki almaq yerinə, bol vitamin və mineral ehtiva edən qara düyüyə üstünlük verə bilərsiniz. Qara düyünün faydaları ilə sizi yaxından tanış edir. Ürək və damar sağlamlığına faydalıdır Sağlam bir ürək üçün qara düyü yemək çox əhəmiyyətlidir. Tərkibindəki yüksək lif nisbətiylə qara düyü damarlardakı tıxanıqlığın qarşısını alır. Pis xolesterolu məhv edir Qara düyünün ehtiva etdiyi düyü kəpəyi yağı və lifi sayəsində qandakı pis xolesterolun miqdarını azaldır. Diabet riskini azaldır Qara düyü qlisemik indeksi aşağı qidadır və daha yavaş həzm olunur. Buna görə də qan şəkərindəki təsiri ağ düyüyə nisbətən daha azdır. Xərçəngə qarşı qoruyucu xüsusiyyəti var Ağ düyü əvəzinə qara düyü ilə zəngin pəhriz saxlaya bilərsiniz. Bədəninizi sütun, döş və qan xərçəngi kimi müxtəlif xərçəng növlərinə qarşı qorumağa kömək olur. Artıq çəkidən azad edir Ağ düyüdən qara düyüyə keçmək arıqlamaq istəyənlər üçün yaxşı yoldur. Ehtiva etdiyi lif sayəsində qara düyü tox qalmanıza kömək olaraq, sağlam olmayan yeməklərdən uzaq durmağınıza şərait yaradacaq. Eyni zamanda, həzm və bağırsaq fəaliyyətinə də köməkçi olan qara düyü maddələr mübadiləsini sürətləndirir. İmmun sistemini qüvvətləndirir Bol vitamin və minerallarla zəngin olan qara düyü güclü immunitet sistemi üçün ən əsas qida elementlərindən biridir. Həmçinin, antioksidan xüsusiyyəti sayəsində yaşlanmağı da gecikdirir. Sümükləri gücləndirir Qara düyü tərkibindəki maqnezium sayəsində sümük sağlamlığına da kömək edir. Bir stəkan qara düyünün tərkibində gündəlik alınması lazım olan maqnezium miqdarının 21%-i mövcuddur. Bununla yanaşı, qara düyünün tərkibinə sümükləri gücləndirən D vitamini və kalsium da daxildir. Bağırsaq fəaliyyətini gücləndirir Qara düyünün tərkibindəki liflər həzm və bağırsaqların fəaliyyətini gücləndirərək, sağlam bağırsaqlara sahib olmağınızı təmin edir. Sinir sistemini qoruyur Qara düyü manqan adı verilən mineral ehtiva edir. Bu mineral hormon səviyyələrini nizamlı saxlayır və sağlam sinir sistemi üçün lazımlıdır. Körpələrə uyğun bir yeməkdir Bol lif, vitamin və mineral tərkibi baxımından qara düyü körpələr üçün ən sağlam yeməklərdən biridir. Resept: 1 stəkan düyünü bir tavada 5 dəqiqəyə qədər qovurun və soyuduqdan sonra blenderdə toz halına gələnə qədər ovun. Bu tozun 1 çay qaşığını miqdar suyla kiçik bir tavada qarışdıraraq bişirin və hazırladığınız bu sıyığı körpənizə yedizdirin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 325
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN