SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

İmmunitetin yaranması

whatsappda paylaş Whatsapp-la göndər
İmmunitetin yaranması
İmmunitetin yaranmasının əhəmiyyəti Körpələr anadan olduqda onların xəstəliklərə qarşı immuniteti zəif olur - onların immun sistemi daim dəyişir və uşaqlıq dövrü boyunca inkişaf edir. Buna görə də, onlar böyüklərlə müqayisədə bakteriya və viruslara qarşı dözümsüz olurlar. Körpə xəstəliklərə qarşı əsas anticisimləri ana südündən aldığı üçün ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Lakin, peyvəndlər yenə də vacibdir, xüsusən də körpəniz uşaq qatışıqları ilə qidalanırsa. Körpənin peyvəndlənməsi ilə onun bədəninə çox zəif xəstəlik yeridilir və immun sistemi güclənərək, xəstəliklə mübarizə aparmağı öyrənir. Bir çox xəstəliklərə immunitetin yaradılması səbəbilə bu gün nadir hallarda rast gəlinir; peyvəndlənməmiş körpələr arasında bir dəfə xəstəliyin yayılması onların yoluxmasına səbəb olur, məhz buna görə immunizasiya belə vacibdir. İmmunizasiya nə zaman olmalıdır Bütün körpələr, hətta vaxtından əvvəl olanlar, sizdən əldə etdikləri immuniteti itirməyə başladıqda - təxminən iki ayından sonra peyvənd olunmalıdır. Körpələrdə immunitetin yaranmasının yan təsirləri İmmunizasiyalar təhlükəsizdir və peyvəndlərə qarşı allergik reaksiyalar çox nadirdir. Bəzi körpələrdə iynə vurulan yerdə şişlik və ya qızartı əmələ gəlir. Körpədə bu əlamətlər olarsa, yaxşı bir ağrıkəsici kömək edə bilər. Bəzən körpələr onlara vurulan peyvəndə görə çox zəif formada xəstəlik simptomlarından əziyyət çəkir, lakin onlar nəticəsində hər hansı bir ciddi fəsadla üzləşməyəcəkdir. Körpəniz müdafiə olunmursa, əsl risk xəstəliyin özünə yoluxduqda meydana çıxır. Əgər körpənizin peyvəndə qarşı mənfi reaksiya verdiyini düşünürsünüzsə, həkiminizə müraciət edin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 3042
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN