SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

İnsanların gözündən düşməyinizə səbəb olan 5 hərəkət

whatsappda paylaş Whatsapp-la göndər
İnsanların gözündən düşməyinizə səbəb olan 5 hərəkət
Bu hərəkətləri edən insanlar adətən sağlam düşüncəli insanlar tərəfindən qəbul edilmir, onların dost ətrafından tezliklə təcrid edilirlər. Bəs insanları ən çox hansı hərəkətlər gözdən salır? Qadınlar.biz sizin üçün bu hərəkətlərdən 5-ini sadalayacaq. 1. Yalan Yalan danışmayan insan yoxdur. Lakin bu yalan xroniki bir hal alırsa, tezliklə insanlar sizin doğru sözünüzə də inanmır və ümumiyyətlə sözlərinizin heç bir dəyəri qalmır. Belə olduqda isə sizinlə dost olmaq barədə düşünən sağlam təfəkkürlü insanlar bunu qəbul edə bilmir, sizi öz ətraflarından uzaq tutmağa çalışırlar. 2. Qeybət Sizin başqa insanlar haqqında dayanmadan qeybət etməyiniz, onları mühakimə etməyiniz insanları qıcıqlandıra bilər. Başqalarının həyatına müdaxilə etməyiniz sizin haqqınızda xoş olmayan bir təəssürat formalaşdırır və nəticədə siz normal davranışlı insanların dostluğundan məhrum olursunuz. 3. Qorxaqlıq Hər kəs cəsarətli olmaq məcburiyyətində deyil, bunun mümkünlüyü barədə isə ümumiyyətlə danışmağa və yazmağa dəyməz. İnsanlar müxtəlifdir və elə bu faktın özü dünyanı daha maraqlı yer edir. Lakin sizin qorxaqlığınız başqalarının həyat və qərarlarına təsir edirsə, burada artıq vəziyyət dəyişir. Qorxaqlığınız digərlərinin cəsarətini əlindən almamalı, onların motivasiyasını əksiltməməlidir. Əks halda, sizinlə hər hansı bir ideyanı müzakirə etmək həvəsi heç kimdə olmayacaq. Onlar sizi neqativ düşüncəli bir insan kimi dəyələndirib, uzaq durmağa çalışacaqlar. 4. Əsassız tənqid Gördüyü hər şeydə gözəllik axtarmaq əvəzinə, nöqsan axtarıb, bunu üzə vuraraq, eqosunu doydurmağa çalışan insanlar var. Bu, onların komplekslərindən qaynaqlanır və nəticədə özlərinə qarşı işləyir. Çünki bu tip insanlar çox dözülməzdir və heç kim ətrafında belə boş tənqidçini görmək istəmir. 5. Qətiyyətsizlik Bu cür insanların qəti qərarları yoxdur, onlar istənilən an fikir dəyişdirə, həmin fikri göylərə qaldıra və bir neçə gün sonra eyni sürətlə də yerə çırpa bilirlər. Belə insanlara güvənmək və istənilən mövzuda bir yola çıxmaq da ağılsızlıq kimi dəyərləndirilir. Onları boşboğazlıqda günahlandırırlar, çünki həqiqətən də bir çox hallarda boş-boş danışmaqdan başqa heç bir işə yaramırlar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 266
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN