Niyə limonlu su içməliyik?

whatsappda paylaş Whatsapp-la göndər
Niyə limonlu su içməliyik?
Limonlu su orqanizmin bərpası üçün ən effektli və faydalı üsullardandır. Limonlu suyu içməyin müəyyən faydalı səbəbləri var ki, Qadınlar.biz bunlardan 11 səbəb haqqında yazır. 1. Limonlu su immuniteti gücləndirir. C vitamini və kaliumla zəngindir. Beyin və sinir sistemini stimullaşdırır, qan təzyiqinə nəzarət edir. 2. Limonlu su turşuluğu artırmaz. Çünki o qələvi balansına nəzarət edir. 3. Artıq çəki və piylənmə ilə mübarizə aparır. Limon şirəsinin tərkibində pektin deyilən maddə var ki, bu, aclıq hissi ilə mübarizədə, qanda şəkərin tənzimlənməsində, limfa axının təmizlənməsində sənə kömək edir. 4. Limon turşusu həzm sistemini də stimullaşdırır. Digər fermentlər və turşularla reaksiyası zamanı mədə şirəsi və həzm sisteminin ifrazını stimullaşdırır. 5. Qaraciyər digər turşulardan daha çox limon və laym suyundan fermentlər istehsal edir. Limonlu su qaraciyərin də fəaliyyətini tənzimləyir. Limon şirəsi qaraciyəri ifrazat sistemi vasitəsilə toksinlərdən azad edir. 6. Bu içki xəfif sidikqovucu təsirə malikdir. O sidik yollarının sağlamlığını qoruyarkən bütün orqanizmi təmizləyir. 7. Dərini təmizləyir. Tərkibindəki C vitamini dərini cavanlaşdıraraq yaşlanmanın qarşısını alır. Limonlu su hətta üzdəki kiçik yaraları və yanıq izlərini də müalicə edir. 8. Səhər-səhər 1 stəkan limonlu su içmək bütün orqanizmin, ilk növbədə orqanizmi hormonlarla təmin edən böyrəküstü vəzilərin düzgün işləməsinə səbəb olur. Beləliklə, günboyu orqanizm bütün streslərə hazır olacaq və normal işləyəcək. 9. Limon güclü antioksidandır. Normal metabolizma üçün lazımlı olan limonlu su immuniteti gücləndirir, sərbəst radikallardan orqanizmi qoruyur, xolestrolu tənzimləyir və yaşlanmanı gecikdirir. 10. Limonlu su qanı təmizləməklə yanaşı, qan damarlarını da təmizləyir. Xolera və ya malyariya kimi xəstəliklərin müalicəsində faydalıdır. Limon və ya laymlı su qan təziyiqini azaltmağa da faydalıdır. 11. Limonlu su döş, prostat və mədəaltı vəzi daxil olmaqla xərçəngin 12 növü ilə mübarizə aparmaqda xeyirlidir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 279
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN