SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dərinə sağlamlıq və gənclik qat

whatsappda paylaş Whatsapp-la göndər
Dərinə sağlamlıq və gənclik qat
Sağlam və gənc dəriyə sahib olmağın yolu düzgün qidalanmadan keçir Dərinin təmizliyi və sağlamlığı çox vacib amildir. Çox qadın meyvə-tərəvəz yeyərək, mümkün qədər yağlı və şəkərli qidalardan uzaq duraraq üz dərilərinin gəncliyini və sağlamlığını qoruya bilir. Bu qidalar mütləq süfrəndə olmalıdır Ümumiyyətlə, təbii qidalanma bütünlükdə sağlamlıq üçün çox faydalıdır. Tərkibindəki fitokimyəvi maddələr, polifenlər, atioksidanlar müxtəlif metabolizmalara təsir edərək dərinin sağlamlığına yaxşı nəticələr bəxş edir. Zeytun yağı qidalanma menyusunda olan ən vacib qidalardandır. Onun tərkibindəki doymamış yağ asidləri və antioksidan polifenol birləşmələr yaşlanmanın sürətini azaldır. Çiy şəkildə də salat və müxtəlif tərəvəzli yeməklərdə istifadə edə bilərsən. Amma diqqət edin ki, zeytun yağını həddindın artıq istifadə etməyəsən. Çünki hər nə qədər xeyirli olsa da, çox istifadə olunnanda bir o qədər də ziyanlı olur. Dərini günəşdən qoruyan təsirə malik olan pomidorla qəbul olunanda zeytun yağı daha çox faydalı olur. 5 ç.q. pomidor püresi və 1 ç.q. zeytun yağından hazırlanan məlhəmlə 12 həftə boyunca üzünü günəşdən tutmuş istənilən zərərli təsirlərdən qoruya bilərsən. Qabıqlama və codluğa qarşı bitter şokolad Kakaonun tərkibindəki antioksidanlar dərini nəmləndirir və qan dövranını yaxşılaşdırır. 12 həftə ərzində kakaolu qidalardan istifadə etmək dəridəki qabıqlanmanı və codluğu azaldır. Kakaonun faydalarından yararlanıb eyni zamanda da kilo ata bilərsən. Necə? Gündə sadəcə 28 qr. və ya 150 kalorilik kakolu qidalar qəbul etməklə. Hər gün kofe içən qadınlara nisbətən içməyənlərdə dəri xərçəngi riski daha çox olur. Gündə bir fincan kofe ilə bir dilim bitter şokolad qəbul etmək qan şəkərinin fəaliyyətinə yaxşı təsir etməklə dəriyə də parlaqlıq qatar. Sızanaqlara qarşı sardina və ya somonla qidalan 100 qram sardina 1,5 qram omega 3 yağ asidlərini özündə birləşdirir. Omega 3 sardina və somon kimi balıqlarda çoxdu. Həftədə ən azı 3 dəfə balıq yemək məsləhətlidir. Eyni zamanda gündə 2 ədəd qoz və ya 5 ədəd badam, fındıq qəbul etmək çox yaxşı təsir edərək üz dərisinin yaşlanmasının qarşısını alır. Bol su için Dərinin nəm olmağını istəyirsənsə hər gün 2.5 litr su içməyində fayda var. Su üz dərisini nəmləndirir və qırışıqlıqları azaldır. Həm də orqanizmin toksinlərdən təmizlənməsi üçün də suya ehtiyacı var. Bol su içməklə dəri toksinlərdən təmizlənəcək və daha sağlam olacaq. Su içməyi unudan insanlar saatla bunu daha yaxşı yerinə yetirə bilərlər. Su ilə birlikdə qırışlarla mübarizə aparmaq, dərini gənc saxlamaq istəyirsənsə bir gündə 250 qr. yaşıl və sarı tərəvəzlərlər qidalansan nəticəsini görərsə
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 179
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN