SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Kilo vermək istəyənlər üçün məsləhət

whatsappda paylaş Whatsapp-la göndər
Kilo vermək istəyənlər üçün məsləhət
Hazır satılan konserv tərəvəzlər yerinə donmuş tərəvəzləri istifadə edin. Konserv tərəvəzlər əlavə şəkər və qoruyucular ehtiva etdiyi üçün vitamin nisbəti aşağıdır.

Şəkərləmələr yerinə təzə meyvə, quru meyvə ya da ləbləbi istehlak edin. Bu şəkildə şəkər ehtiyacınızı qarşılayarkən sağlamlığınızı qorumuş olarsınız. Ancaq hər şeyi qərarında qəbul etməlisiniz.

Toxumlu meyvələr yerinə çəyirdəkli meyvələr qəbul edin. Kilo vermək istəyənlər üçün şaftalı, ərik, ərik kimi çəyirdəkli meyvələr prioritetli olmalı. Ayrıca diyetisyenler yalnız günün ilk yarısında meyvə yeməyi təklif edir.

Lift istifadə etmək yerinə nərdivan istifadə edin. 1 ay içində bədəninizdəki dəyişmənin fərqinə varacaqsınız.

Yüksək kalorili şirinlər yerinə meyvə salatı, meyvəli qatıq kimi yüngül qidalar qəbul edərək kalori qəbulunu azalda bilərsiniz.

Yeməklərinizdə mayonez kimi yağlı souslar istifadə etmək yerinə süzmə qatıq kimi sağlam qidalarla etdiyiniz sousları istifadə edin.

Qəhvə, hər nə qədər günahsız kimi görünsə də növünə görə kalori nisbəti dəyişir. Qəhvə içərək əlavə kalori almaq istəmirsinizsə qəhvənizi şəkərsiz için. Yağsız süd istifadə edin. Cappuccino kimi kalorili içkilər yerinə sadə qəhvələri seçin.

İdman etməyə zaman tapa bilmirsinizmi? Dostlarınızla kafedə, restoranda görüşmək yerinə idman salonunda görüşün. Bu şəkildə idmana ən az yarım saatınızı ayıra bilərsiniz.

Bəzi qoxular aclığımızı artırarkən bəziləri azaldır. Canınız peçenye, şirin, şəkərləmə kimi kalorili yeməklər istəyirsə, alma ya da armud yeyin və ya iyləyin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 323
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN