SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bunları bilmək yaxşıdır, yemək yox!

whatsappda paylaş Whatsapp-la göndər
Bunları bilmək yaxşıdır, yemək yox!
Yağ. Aldığınız məhsulların yağlılığı 72,5%-dirsə, onu almaqdan imtina edin. Bu trans yağdır ki, ən aşağı bitki yağının hidrogendə parçalanmasından alınıb.

Normalda yağlılıq 82,5%-dən az olmur. Əgər belə yağı tapmırsınızsa, onda yaxşı bitki yeyin. Bilin ki, yaxşı kərə yağının iki qaşığı bir paket trans yağdan daha keyfiyyətlidir. Üstəlik, trans yağlar depressiya yaranma riskini artırır, bədənin stresslə mübarizə gücünü azaldır. Trans yağlar əsasən, marqarin, ketçup, bitki və kərə yağlarının qarışığı, çipsi, yarımfabrikatlar, şirniyyatların tərkibində olur.

Plastik qablarda saxlanılan az duzlu siyənək: Az duzlu siyənək normalda yalnız yağda saxlanmalıdır. Əgər siyənək yağsızdırsa, demək ona urotropin əlavə edilib. Urotropin dünyada qadağan edilib və çox təhlükəli hesab edilir.

Az duzlu kürü. Bu da uzun müddət saxlanıla bilməz. O yalnız dondurulmuş halda saxlanıla bilər. Əgər kürü az dondurulmuş haldadırsa, demək ona ya urotropin, ya da limon turşusu əlavə edilib. Nəsə başqa bir şey də əlavə edilmiş ola bilər. Bu əlavələr nəticəsində formaldehid alınır ki, bu da zərərli hesab edilir.

Krab çubuqları. Onlar üzərində qeyd olunduğu kimi soyayla qarışdırılmış krabdan ibarət olmur. Krab çubuqlarında heç krabların əti olmur.

Kakao, yerfındığı (heç həşəratlar belə yerfındığı yemir), konservləşdirilmiş yaşıl noxud və qarğıdalı, şirin qarğıdalı çubuqlarını da yemək tövsiyə edilmir.

Xüsusi boya maddələri və rəngləndiricilərin qatıldığı sıyıqlar. Onların tərkibində müxtəlif meyvələr olsa da, təbii hesab edilmir.

Cem və marmelad: Onlar ən güclü antioksidləşdiricilər hesab olunur. Siz albalını təbii formada bu qədər uzun müddət saxlaya bilməzsiniz. Bunlar kimya sənayesinin “möcüzələri”dir.

Tez hazırlanan məhsullar: Bura tez bişən əriştə, suda həll edilən suplar, kartof püresi, bulyon kubları, “Yupi” tipli məhsullar daxildir. Bunlar orqanizmə zərər vuran kimyəvi birləşmələrdən ibarətdir.

Hisə verilmiş kolbasalar və digər bu tip məhsullar: Tərkibləri əsasən geni dəyişilmiş soyadan ibarət olur. Adətən ət adı altında donuz piyi və müxtəlif dadlandırıcılardan hazırlanır. Hətta onlar heç hisə də verilmir. Hazırlanmaları üçün his dadı verən formaldehidlərdən istifadə edilir.

Uzun müddət saxlanılan süd məhsulları: Bu məhsulların üzərində adətən istifadə müddəti 2 ay göstərilir. Lakin onları istehsal ediləndən 2 həftə sonra istifadə etmək məsləhət deyil.

Qarpız: Onun gübrələndiyi maddələr insanları zəhərləmək üçün birinci yerdədir.

İstiot: Tamamilə geni dəyişdirilib. Əlbəttə, mövsümündə yeyiləndə yox.

Qablaşdırmalarda kekslər və ruletlər: Diqqət etmisinizsə, onlar bayatlaşmırlar, xarab olmurlar, qurumurlar. Aylar keçir, amma onlar yenicə hazırlanmış kimi qalırlar.

Konfetlər. Şokoladın 90%-nin tərkibi heç şokalad deyil. Onlar boya və əlavələrdən ibarətdir. Geni dəyişdirilmiş, kimyəvi maddələrdən hazırlanması, tərkibində çoxlu şəkərin olması səbəbindən kaloriləri yüksəkdir.

Ətirli çaylar: Əvvəlcə onu bilin ki, onlar təbii deyil. Üstəlik, bu çaylar əsasən, limon və ya portağal turşusu ilə dadlandırılır. Bu çayları içmək tədricən vərdişə çevrilə bilər. Lakin bütün turşuları orqanizmdən çıxartsanız yaxşıdır.

Şirin qazlı içkilər: Şəkər və kimyəvi qazların qarışığından ibarət olan bu sular bədəndə qısa zamanda paylanır. Bu sularla bağlı diqqət çəkən məqamlardan biri də onu içəndən 5 dəqiqə sonra təkrar içmək ehtiyacının yaranmasıdır.

Paketlərdəki şirələr: Kağız paketlərdə təbii şirə adı ilə təqdim olunan sulardan danışmağa yəqin ki, ehtiyac yoxdur. Çünki ümumiyyətlə, paketlərdə təbii şirə yoxdur. Onları uşaqlara içirtməyə isə heç cəhd etməyin. Onlar təmiz kimyadır.

Qışda çiyələk yeməyin heç bir faydası yoxdur. Çünki onun tərkibində heç bir vitamin olmur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 189
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN