SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qaynananla yola gedirsən?

whatsappda paylaş Whatsapp-la göndər
Qaynananla yola gedirsən?
Nə qədər xoşagəlməz olsa da, hamımız bilirik ki, çox az hallarda qaynana-gəlin konflikti yaşanmayan ailələr vardır. Çox hallarda isə mənzərə, adətən belə olur: oğlunun əlindən alındığını düşünən ana və eşitdiklərindən qaynanasını tanımadan belə artıq düşmən obrazında görən və “müharibə”yə hazır gəlin. Sizə də bu vəziyyət tanışdırsa, onda ardını oxuyun.

Gələcəkdə qaynananızla aranızda problemlərin olmaması üçün ən yaxşı çıxış yolu ayrı qalmaqdır. Belə olduğu halda siz həm konfliktlərdən daha uzaq olacaqsınız, həm də münasibətlərdə ən vacib olan hörməti saxlamış olacaqsınız.

Yox əgər ayrı yaşamaq heç cür mümkün deyilsə, onda siz birlikdə yaşamağı öyrənməlisiniz. Bizim cəmiyyətin dəyərləri üçün nə qədər tərs bir şey olsa da, birlikdə yaşamağı öyrənmək üçün ən yaxşı üsul qarşılıqlı danışmaqdır, bir-birinizin nələri sevib-sevmədiyini, qaynananızın xarakterinin ən vacib xüsusiyyətlərini bilmək münasibətlərinizin yaxşı olmasına səbəb olacaq, çünki yalnız yaşadığınız insanların xarakterini bildiyiniz və güzəştə gedəcəyiniz halda birlikdə yaşamaq mümkündür. Hər kəs bir-birinin istəklərini nəzərə almalı, bir-birinə hörmətlə yanaşmalıdır. Unutmayın ki, hər şeyin başlanğıcından çox şey asılıdır, siz özünüzü necə göstərsəniz, necə münasibət bəsləsəniz, qarşılığında onu da alacaqsınız.

Bütün insanların çatışmayan cəhətləri olduğu kimi, qaynananızın da mənfi xüsusiyyətləri vardır, lakin maraqlısı odur ki, çoxları məhz “düşmən qaynana” obrazını beyinlərində daşıdıqları üçün ən xırda mənfi cəhəti belə böyüdürlər. Belə xırda şeyləri böyütməyə dəyməz. Bir yadınıza salın, ananız da sizə irad bildirirdi, siz ona düşmən kimi yanaşırdınız?! Əlbəttə ki, yox. Qaynana da sizin sevdiyiniz, ailə qurduğunuz insanı dünyaya gətirən anadır.

Aranızda isti münasibət yaratmaq üçün üçün oğlu haqda ondan daha çox öyrənməyə çalışın, məsələn, uşaqlığı necə keçib, nələri sevir və s. Bu, ona da xoş gələcək, həm də siz qayananınız ürəyinə yol tapmış olacaqsınız.

Onun sizin hərəkətlərinizdə və elədiyiniz işdə tutduğu səhvlərə görə həmin dəqiqə reaksiya verməyin, dinləyin, bəlkə də haradasa haqlı ola bilər, olmasa belə yenə iki mədəni insan kimi öz istəklərinizi ortaya qoyub bunu müzakirə edə bilərsiniz. Mental dəyərlər heç də həmişə yaxşı demək deyil, belə ki, bizdə “böyük nə dedisə ona qulaq as” ifadəsi belə o konfliktlərə gətirib çıxarır, qaynana da bilməlidir ki, gəlinin də istəkləri və xarakteri var, yəni o, “evin süpürgəsi” deyil.

Daha sonra onun üçün vacib olan tarixləri yadda saxlayın, bu onun üçün çox xoş olacaq.

Heç vaxt hansınızın haqlı olduğuna görə mübahisə etməyin, bu yaxşı heç nəyə gətirib çıxarmayacaq.

Unutmayın ki, bütün problemlərə baxmayaraq o, sizin sevdiyiniz insanın anasıdır və onu dünyaya gətirib, qaynananıza özünüzə rəva bilmədiyiniz münasibəti göstərməyin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 304
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN