SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Zebra piroqu resepti

whatsappda paylaş Whatsapp-la göndər
Zebra piroqu resepti
Tərkibi:
Xəmir üçün:
● Un (buğda) - 2,5 st.
● Yumurta (toyuq) - 5 ədəd
● Essensiya (vanil) - 1 ç.q.
● Toz (qabartma) - 2 ç.q.
● Toz (kakao) - 2 x.q.
● Şəkər tozu - 2 st.
● Xama - 1 st.

Qlazur üçün:
● Süd (orta yağlı) - 5 x.q.
● Şokolad (tünd) - 150 qr.
● Toz (kakao) - 1 x.q.
● Qoz - 100 qr.

Hazırlanması:
1) Yumurtaları böyük qaba tökün, şəkər tozu və vanil əlavə edin ağarana kimi çalın. Çalmağa davam edərək xamanı da əlavə edin. Unu qabardıcı ilə birlikdə ələyin, yumurtalı-xamalı kütləyə əlavə edin. Tam həll olana kimi mikserlə çalın.

2) Xəmiri iki hissəyə bölün. Birini olduğu kimi saxlayın, o birinə isə kakao tozu əlavə edin və mikserlə çalın.

3) Yumru formaya perqament kağızı sərin. Xörək qaşığı ilə mərkəzdən başlayaraq hər iki xəmirdən ardıcıllıqla, xəmir tam qurtarana kimi tökün. Piroqu 180 dərəcə isidilmiş SOBAda 45 dəqiqə bişirin.

4) Bu vaxt ərzində qlazuru hazırlayın. Şokoladı xırda hissələrə bölün, odadavamlı qaba tökün və qaynar qazan üzərinə yerləşdirin. Şokolad tam əriyənə kimi qazan üzərində saxlayın. Daha sonra ocaqdan götürün, süd və kakao tozu əlavə edin və tam həll olana kimi qarışdırın.

5) Hazır piroqu böyük boşqaba çevirin. Soyudun. Mətbəx beli ilə piroqun hər tərəfini hazırladığınız qlazurla örtün. Azca soyudun.( tam soyutmayın. )

6) Qozu xırdalayın, piroqun üzərinə səpin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 462
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN