SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Quşəppəyi haqqında məlumat

whatsappda paylaş Whatsapp-la göndər
Quşəppəyi haqqında məlumat
Xaççiçəklilər fəsiləsindən olan ikillik ot bitkisi dünyanın mülayim qurşaqlarında yayılmışdır. Azərbaycanda bitkinin yalnız bir növü olan adi quşəppəyi (Capsella bursa pastoris) vardır. Bitkinin gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı gövdəsindəki yarpaqları isə saplaqlı olaraq rozet formalıdır. Quşəppəyinin xırda ağrəngli çiçəkləri salxımvaridir. Meyvələri buynuzcuqlu olub, üçbucaq şəkillidir. Quşəppəyi faydalı dərman bitkisidir. Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş quşəppəyi bitkisini, alaq otu bilərək məhv edirlər.

Bitkinin tərkibində efir yağı, aşı maddəsi, askorbin turşusu, alma və limon turşuları da vardır. Bundan başqa bitkinin tərkibində xolin, asetilxolin, tiramin və s. qiymətli maddələr də vardır. Quşəppəyi toxumlarının tərkibində 20%-dək bitki yağı olur. Buna görə də həmin bitki heyvanlar və insanlar tərəfindən həvəslə yeyilir.

Xalq təbabətində quşəppəyi bitkisinin (toxumla birlikdə) cövhərindən hazırlanmış məlhəmlə hamilə qadınlarda uşaqlıq yolu qanaxmasına qarşı (tampon qoymaqla) istifadə edirlər. Bitkinin cavan zoğlarından təzə və qurudulmuş halda milli xörəklərdə istifadə olunur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 300
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN