SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Üzüm çəyirdəyinin faydaları

whatsappda paylaş Whatsapp-la göndər
Üzüm çəyirdəyinin faydaları
İnsanların böyük əksəriyyəti istehlak zamanı xüsusilə çəyirdəysiz üzümə üstünlük verirlər. Bəs üzümün çəyirdəyinin hansı faydalarının olmasından heç xəbəriniz var?
Mütəxəssislər üzüm çəyirdəyinin damar genişlənməsinə qarşı həddən ziyadə faydalı olduğunu bildirirlər.
Üzüm çəyirdəyi linol, palmitin, sitearin və digər yağ turşuları ilə birlikdə, xüsusilə antiaging E vitamini və müxtəlif mineralları özündə cəmləşdirir.
"Üzüm çəyirdəyi, qoruyucu qabaqlayıcı funksiyalarının əksəriyyətini damar divarının sabitliyi və damara verdiyi müsbət təsirlərlə təmin edir. Damar divarının quruluşunu qoruyur, varikoz genişləmələrinin qarşısını alır. Damar qoruyucu təsiri və tərkibindəki yağlarla ürək sağlamlığını qoruyur. Hipertoniyanın enməsinin qarşısını alır. Makula degenerasiyası və gecə korluğuna qarşı qoruyucudur. Gözdə işıq həssaslığının qarşısını alır, DNT-nin ziyanını azaldır, allergen histaminin ifrazını azaldaraq, allergiyanın qarşısını alır".
Üzüm nüvəsinin dərinin kollagen quruluşunu gücləndirdirərək, qırışın qarşısını alır. Dəridə canlanmanı təmin edir. Prostaglandin ifrazını azaldır, iltihabi revmatizmin qarşısını alır, cinsi funksiyalara kömək edir, yaranın yaxşılaşmasını asanlaşdırır. Tərkibində olan Proantosiyanidinin antioksidan xüsusiyyəti ilə siqaret və çirkli hava zərərlərindən qoruyur.
Üzüm çəyirdəyinin quru və ya təzə istehlak edilməsinin heç bir fərqi yoxdur. Belə bir dəyərli qidanın rahat və çəkinmədən çeynəyərək, üzümlə birlikdə yemək lazımdır.
Gün ərzində 150-300 qram üzümü çəyirdəyilə birlikdə istehlak etsəniz, bununla pozulmuş çirkli qan damarlarınıza müsbət təsirini göstərəcəkdir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 177
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN