SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bürclərin problemləri

whatsappda paylaş Whatsapp-la göndər
Bürclərin problemləri
Qoç
Qoçların qəm çəkdikləri eşqdir. Gündəlik həyatlarında bir kənara buraxa bilmədikləri inadçılıqlarını eşqdə də göstərdikləri üçün heç cür eşq acısından çıxa bilmirlər. Buna görə də sevgililəri ilə tərs düşdükləri mövzularda acı çəkərcəsinə duyğular yaşayarlar. Həm özlərini izah etməyə çalışar həm də qarşılarındakını anlamamaqda israr edərlər.

Buğa
Buğaların qəm çəkdikləri mövzu səhv insanlar ilə birlikdə olmalarıdır. Özlərinə uyğun kəsləri seçməkdə çətinlik çəkirlər, sonunda seçdiklərinin də bir müddət sonra səhv insan olduğunu anlayırlar. Bu ikilik arasında gedib gələrkən hiss etdikləri ağrı olduqca çoxdur. Kimsəyə söyləməyib bir də içlərinə atdıqları üçün düşündükləri daha da çox içindən çıxılmaz hallara gəlirlər.

Əkizlər
Əkizlərin qəm çəkdiyi ən prioritetli mövzu səhv rəftarlarla ətrafından uzaqlaşdırdığı insanlardır. Çox səmimi olduqları kəsləri bir anda ətraflarından yollayarlar və uzun zaman keçmədən etdikləri səhvi anlayarlar. Lakin uzaqlaşdırdıqları kəslər inadçıdırsa geri dönməzlər və Əkizlər bunun ağrısını içdən içə yaşayar. Kaş ki belə etməsəydim, deyə təkrar təkrar düşünərlər.

Xərçəng
Xərçənglərin qəm çəkdiyi mövzu israrla üzərində dayandıqları ayrılıq mövzusudur. Birindən ayrıldıqlarında dünyanın sonu gəlmiş kimi görünər, özlərinə yuxunu haram edən, ağlayan və dayanmadan dönmək istəyənlər xərçənglərdir. Bir az acı çəkməyi sevdiklərindən bir az da həqiqətən çox güclü sevgilər yaşaya bildiklərindən kədərlənərlər.


Şir
Şirlərin qəm çəkdiyi mövzu güc-bəla sahib olduqları şeylərdən ayrılma mövzusudur. Bu arxalarında qaçdıqları bir eşq, almaq istədikləri lakin heç cür ala bilmədikləri bir bijüteriya, gəzmək görmək istədikləri lakin heç cür görə bilmədikləri bir yer ola bilər. Zamanla daha da qiymətli hala gələr onlar üçün bu saydıqlarımız və onların uzaqlaşma müddəti bir kabusa çevrilər.

Qız
Qız bürclərinin ən çox qəm çəkdiyi mövzu sonuna qədər yaşamaq istədikləri eşqi davamlı əllərinə üzlərinə bulaşdırmalarıdır. Həqiqətən çox sevərlər, hər şeylərini sevdiklərinə görə nizamlarlar lakin bir şeylər tərs gedə bilər, tipik qız xüsusiyyətlərini göstərərək əlinə üzünə bulaşdırar. Sevdiklərini itirdikcə də qəm çəkirlər.

Tərəzi
Tərəzilərin qəm çəkdiyi mövzu özlərinə söz keçirə bilməmələridir. Bir çox şey etməyi düşünər və heç birisini etməzlər az qala. Ehtirasların sıfır dərəcəsinə yaxın olduğu insanlar olduqları üçün həmişə bir addım geridə qala bilərlər və əslində bundan çəkinməzlər çünki daim "Əgər etsəydim çox daha yaxşı edərdim amma etmək istəmədiyim üçün etmirəm ona görə buradayam." deyə biləcəklərini bilirlər. Yenə də ağrılı bir dövr və qərarsızlıq həmişə onları gözləyər...

Əqrəb
Əqrəblərin qəm çəkdiyi mövzu sərtlikləri ilə qırdıqları insanları geri qazanma istəyidi. Çünki duyğularını göstərməkdə bir az problemli olan Əqrəblər elə edərlər belə edərlər, doğru yolu heç cür tapa bilməzlər. "Axtarsammı? Getsəmmi? Qalsammı?" kimi suallarla baş ağrıtma nöqtəsinə gəldikləri də olar. Doğru cavabı tapdıqlarında isə ağrıdan xilas olmaq üçün qaçırlar.

Oxatan
Oxatanların ən çox qəm çəkdiyi mövzu azadlıqları üçün bir çox gözəllikdən əl çəkməsidir. Öz varlıqlarını limitliyirlər deyə bir eşqdən belə imtina edə bilən oxatanlar bu itgidən sonra böyük ağrılar hiss edirlər. Özlərini tuta bilmədikləri söz atarlar, sevdiklərinin getdiyi yerlərə gedərlər, dalaşarlar yenə də qürurları hər şeyin önündədir. Sevdikləri addım atdığında da yenə eyni qürurla qaçarlar.

Oğlaq
Oğlaqların qəm çəkdiyi mövzu hiss etdiklərini söyləmək istəmədikləri üçün əlaqədə davamlı problem yaşamalarıdır. Əslində hiss edən və həqiqətən sevən Oğlaqlar sevdiklərini söyləməmə barəsində israrçı olduqlarında tərs reaksiya alarlar. Daha da iztirab halına çevrilən gərginliklər nəticəsində qəm çəkməyə başlayar.

Dolça
Dolçaların qəm çəkdiyi mövzu ətraflarından ani uzaqlaşmalardır. Olduqca azad olan dolçalar əslində tamamilə qopmaq istəməzlər lakin ani dəyişikliklər onların fikrini alt üst edən mövzu ola bilir. Bir qərar verərlər tətbiq edərlər və lakin əlverişsizliyini görüb qəm çəkirlər.

Balıq
Balıqların qəm çəkdiyi mövzu səhv başa düşülüb davamlı duyğu insanıymış kimi mühakimə olunmalarıdır. Əslində zəkalarının yüksək nisbətdə istifadə edən Balıqlar insanların sanki onlar safmış kimi davranmalarına dözə bilmirlər və kədərlənirlər. Birdən çox adamdan bu rəftarı gördüklərində artıq dözə bilməyəcəkləri bir ölçüyə çatmışdır yaşadıqları...
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 211
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN