SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hədiyin sağlamlığa olan faydaları

whatsappda paylaş Whatsapp-la göndər
Hədiyin sağlamlığa olan faydaları
İmmuniteti qüvvətləndirir, bədənin müqavimətini artırmasından, ürək və damar sağlamlığına, depressiyanın qarşısını almasından uşaqlarda böyüməyi dəstəkləməyə qədər bir çox faydası olan hədik müxtəlif növ qidalardan ibarətdir.

Böyümə və inkişaf dövründə olan uşaqların yeni hüceyrələrin yaranması üçün enerjiyə və vitaminlərə ehtiyacları artır. Hədik həm yüksək enerjisi, həm də vitamin-mineral çoxluğu ilə uşaqlarda zəka inkişafı üçün lazımlı qidaları təmin edir.

Hədik daşıdığı maddələr ilə bağırsaq hərəkətlərini nizamlayaraq qəbizlikdən qorunmağı təmin edir və bağırsaq xərçənginə tutulma riskini azaldır.
Vegeteryanların ən böyük çətinliklərindən biri qidalarda kifayət qədər zülal əldə edə bilməmələridir. Hədik noxud, quru lobya kimi qidalarla tamamilə bitki mənşəli zülalları ehtiva edir. Vegeteryanların rahatlıqla zülal ehtiyaclarına dəstək olaraq istehlak edəcəyi bir qida kimi qəbul edilir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 164
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN