Evlilikdə cicim ayları necə qorumaq olar?

whatsappda paylaş Whatsapp-la göndər
Evlilikdə cicim ayları necə qorumaq olar?
"Evlilik bir sənət və peşədir, sizə köməkçi olacaq bacarıqlar inkişaf etdirə bilərsiniz" deyir əlaqələr yazıçısı Molly Barrow. Budur Barrowdan yeni evlilər üçün ipucları:

1. Qarşıdurmaları qəbul edin
Hər kəs mübahisə edər. Barrow, anlaşılmazlıqları önləyə biləcəyini düşünən cütlərin uşaq tərəfindən davrandığını söyləyir. Tam tərsinə möhkəm bir əlaqə qarşıdurmalarla, anlaşılmazlıqlarla başa çıxa bilməyi tələb edir. Tərəflərdən biri ümumiyyətlə vəziyyəti dərhal həll etmək istər. Amma Barrow bunu təklif etmir çünki bunun digər partnere haqsızlıq olacağını ifadə edir. Tam tərsinə mövzunu irdələməsi və həzm etməsi üçün yoldaşınıza zaman verməli, sonra öz fikirinizi ifadə etməli və nə edəcəksinizsə birlikdə qərarlaşdırmalısınız. Yazar, mövzu üzərində lazım olduğu qədər zaman xərcləməkdən qaçınmamanız lazım olduğunu, əlaqə üzərində müsbət bir tutum təmin edənə qədər gözləmənizi təklif edir. Gec ya tez bir uzlaşma təmin ediləcəyini söyləyir.

2. Yavaş və sabit olun
Evliliyə öyrəşmək üçün bir-birinizə zaman tanımalısınız. Barrow, yeni həyatınıza alışmaq və nizamınızı oturtmaq üçün ən az bir ilə ehtiyacınız olduğunu söyləyir. "Və bu çətinlikli bir il olacaq, həll edilməyən və illər sonra təkrar gündəmə gələcək problemlər də yaşaya bilərsiniz" bu da təbii. Bəzən yalnız razılaşa bilmədiyiniz mövzusunda razılaşmanız lazımdır.

3. Fərqliliklərinizi qucaqlayın
Ümumiyyətlə insanlar bir-birlərini bənzərlikləri üçün cazibədar görünər. Fərqlilikləri isə müzakirə yaradar. Amma Barrowa görə bundan çoxunu edərlər. Fərqliliklər həyəcan da yaradar və oldaşınızın sizə yeni təcrübələr təqdim etməsini təmin edər. Yəni əslində fərqliliklər olmasa əlaqənizin monotonlaşıb, darıxdırıcı bir hala gəlməsi daha adidir. Özünüz olmağa davam edin, əlaqənizi də olduğunuz insan kimi yaşayın, dəyişməyə çalışın və eyni şeyi yoldaşınızın da etməsinə icazə verin.

4. İnam yaradın
Səmimiyyətdən daha əhəmiyyətlisi, güvən sonsuz bir bağ inkişaf etdirmək üçün zərurətdir deyir Barrow. Aranızda güvən tikmək düşündüyünüzdən daha asandır. "Söylədiyiniz və söz verdiyiniz şeyləri yerinə yetirin" deyə təklif edir və əlavə edir, Özünüzü tutmayacağınız sözlər verməkdən saxlayın, bəlkələrdən qaçın.

5. Özünüzü romantizm məhrumluğuna hazırlayın
Pis xəbər: Ehtiras ölər. Yaxşı xəbər: Çevriliş də edə bilər. Bir əlaqə hər vaxt qırmızı güllər və şampan demək deyil. Kimsə belə bir sıxlığı qarşılaya bilməz. Gündəlik stress, iş həyatı, məsuliyyətlər sizin yatağa əvvəlki qədər vəhşicə girmənizə maneə törədəcək deyir Barrow. Bütün pis şərtlərə baxmayaraq, bir-birinizə zaman ayırmağı laqeyd yanaşmayın yetər. Bir-birinizdən uzaqlaşmamanız, əvvəlki ehtiraslı günlərə dönmənizi asanlaşdıracaq.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 185
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN