SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bulburqer

whatsappda paylaş Whatsapp-la göndər
Bulburqer
Tərkibi (4 pay):
250 q şampinyon
1 ortaboy soğan
2 toyuğun döş əti
1 ç.q. xardal (sous)
4 uzun dilim hisə verilmiş toyuğun döş əti (yaxud bekon)
200 q kartof
50 q yerkökü
1 yumurta
150 q brokkoli (dondurulmuşu daha yaxşı)
50 q bərk pendir
25 q kərə yağı
1 ç.q. un
250 ml süd
150 q ərinmiş pendir (dad qatqısız)
duz və qara istiot

Hazırlanması:
Soğanı iri, şampinyonları lay-lay doğrayın.

Orta itilikli ocağın üstə tavanı qoyub 2 x.q. bitki yağını qızdırın, soğan və göbələyi əlavə edib hazır olanadək, təxminən 10 dəqiqə qarışdıra-qarışdıra bişirin. Bu müddətdə hər döş ətini uzununa 2 hissəyə bölün. Üstünə xardal çəkin, duz, istiot vurun. Hisə verilmiş toyuq ətinə bükün.

Çox iti odda tavada 1 x.q. bitki yağını qızdırın, döş ətinin hər tərəfini qızardın, təxminən 5-6 dəqiqə. Boşqaba qoyub üzərinə folqa çəkin.

Kartofu və yerkökünü sürtgəcin xırda gözündən keçirin. Duz vurun, 1 yumurtanı çalıb yarısını əlavə edin və qarışdırın. Brokkolini xırda doğrayın, sürtgəcdən keçirilmiş bərk pendirin yarısını, duz vurub qarışdırın. Sous: Tayqulpda kərə yağını əridin. Un əlavə edib qarışdırın. Qızılı rəng alanda süd əlavə edin, dayanmadan qarışdırın ki, lopa qalmasın. Qaynara düşəndə əridilmiş pendir və sürtgəcdən keçirilmiş pendirin yerdə qalanını əlavə edin, zövqünüzə görə duz vurun, 3-4 dəqiqə bişirib ocaqdan götürün.

Bir tavada 1 x.q. bitki yağını orta itilikdə ocaqda qızdırın. Kartoflu-yerkökülü qarışığın 1/4-ni qoyub yayın. Hisə verilmiş toyuğun döş ətinə bükülmüş fileni ortasına qoyun. Bunun üstünə brokkoli qarışığının 1/4-ni qoyun. 1 dəqiqə qızardın. Sonra səliqə ilə çevirin. Bu zaman kartoflu qarışıq filenin kəınarlarını örtməlidir.

Çevirəndən sonra daha 2 dəqiqə bişirin. Salfetlərin üstünə qoyun ki, artıq yağını çəksin. Digər bulburgerləri də eyni qayda ilə hazırlayın. Tavanız böyükdürsə, dördünü də eyni vaxtda bişirə bilərsiniz.

Süfrəyə verərkən boşqaba sous süzün, bulburgeri qoyun, yanına isə göbələklə soğan qızartmasını düzün.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 210
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]il.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN