SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Doldura bilmədiyimiz boşluq

whatsappda paylaş Whatsapp-la göndər
Doldura bilmədiyimiz boşluq
Küləyin otlara toxuması ilə çıxan xışıltını ruhuna səslənən bir ruh olduğunu düşünən balaca bir oğlan var idi.. Dağların arxasındakı kənddən hər gün çıxıb bu səsi dinləmək üçün uzaqlaşardı ona öyrədiləndən.. Hisslərlə öyrənməyə gedərdi. Küləyin toxunuşundan,quşların səslərindən.. Dağların əzəmətindən alardı nəsibini.qəlbini sızıltısını, doğru zamandamı ..yaxud yerdəmi olmadıgını unutmaq üçün gözlərini bağlayaraq, özünü küləklə rəqs edən səslərə verərdi. hər səs onu başqa bir məkana aparardı.. Yer kürəsindən uzaqlaşdıqca uzaqlaşardı.. bu gün batımına qədər davam etdikcə edərdi. Hər gün edilən davranışlar vərdiş halını alarmış... Bu yox olma bu balaca cismin vərdişinə çevrilmişdi.bu kimsəsiz çöllər ona çox doğma idi. Həyatdakı kimsəsizliyinə bənzəyirdi. İnsan deyilən varlıqlardan görməmişdi doğmalıq, göz yaşı axıtdığı gecələrin gözlərində hələ də izi var idi. Bəzi izlər silinməzdir. Neçə il keçsə də, qəlbinin dərinliklərində qıfılı bağlı sandıq kimi daşıyırsan özünlə. Küləyin xəfifliyi ona ana sığalı kimi idi. Anasızlıq dərinlərdə natamanlıq yaratdığı üçün, bu boşluğu doldurmaq üçün özünə başqa insanlar axtaracaqdı yaşı artdıqca. Həmin insanlar da o boşluğu doldura bilməyəcəkdi yəqinki. O bilmirdi,bütün insanların daxillərində bir boşluq daşıdığını bilmirdi. Amma digərlərindən fərqli olaraq qismən barışmışdı bununla. Ruhi bir səyahət doldura bilərdi o boşluğu . Hər kəsin gedə bilmədiyi yerlərə gedə bilmək, gözünü bağlayaraq indiki anı tərk etmək. Hər birimiz öz boşluğumuzu doldurmaq üçün nələrsə tapırıq. Bu incəsənət olur , bu ədəbiyyat olur , bu musiqi olur. Bu hansısa insanlarla qurulan ünsiyyətlər olur. Bütün bunların kiçik aldanma olduğunu dərk etmə qabiliyyətimiz aludə olduqca yox olur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 190
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN