SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qripdən tez zamanda uzaqlaşmağın yolları

whatsappda paylaş Whatsapp-la göndər
Qripdən tez zamanda uzaqlaşmağın yolları
Yavaş-yavaş inkişaf edən halsızlıq, asqırma, burun tıxanıqlığı, burun axıntısı, boğaz ağrısı, bəlğəmli ya da fasiləylə öskürmə, soyuq dəymə əlamətləridir.

Qrip əlamətləri isə birdən ortaya çıxar. Xəstə səhər işə gedərkən yaxşıdır, 3-6 saat içində birdən üşümə, həddindən artıq halsızlıq, yorğunluq, istilik yüksəlməsi ortaya çıxar. Məşhur bədən və baş ağrısı, xüsusilə sinədə narahatlıq (təzyiq, ağrı) hiss edər. Yorğunluq dözülməz ölçülərə çatar, cədvələ quru xarakterdə bir öskürək yoldaşlıq edə bilər.

Xəstə öskürdüyündə milyonlarla virus havaya yayılar. Sağlam insanlar hava yoluyla virusu alar. Əgər virusa qarşı immuniteti yoxsa 1-4 gün içində xəstə olar. Bu yolla, kino, avtobus, məktəb, ibadət yerləri kimi insanların toplu olduğu yerlərdə yüzlərlə adam xəstəlik tuta bilər. Xüsusilə uşaqlar məktəbdən yoluxduqları mikrobu evlərinə gətirərək digər ailə fərdlərinə xəstəliyi yoluxdura bilər. Virus xarici mühitdə 2-8 saat varlığını davam etdirə bilər. Bu xüsusilə xəstə bir adamın toxunduğu yerlərə (qapı qolu, telefon masa, lift qorxuluqları və s.) sağlam insanlar təmas etdiklərində virusu alar. Əllərini ağızlarına, gözlərinə apardıqları zaman özlərinə virusu bulaşdırmış olar.

Qrip arxasında inadçı öskürək buraxa bilər!
Qrip, uzun müddət müalicəsiz qaldıqdan sonra keçsə belə arxasında inadçı öskürək buraxa bilər. Çünki virus hava yollarını həssaslaşdırar. Xəstə istilik dəyişikliklərindən, hava quruluğundan, tozlardan daha asan təsirlənər və öskürər. Bu səbəblə qripin təsirləri tamamilə ortadan qalxana qədər istirahət edilməli və bu müddətdə də qidalanma nizamına diqqət göstərilməlidir.

Qripdə müalicə müddəti də qripi önləyici tədbirlər qədər əhəmiyyətlidir
Əvvəlcə xəstə olan kəslər evlərində təcrid edilməli və müalicələrinə dərhal başlanmalıdır. Xəstələr ancaq istilikləri düşdükdən bir gün sonra işlərinə dönə bilər. Ayrıca bütün xəstələrə virusa necə yoluxduqları izah edilməli, nələr etmələri lazım olduğu deyilməlidir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 499
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN