SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Mədəsi ağrıyanların nəzərinə

whatsappda paylaş Whatsapp-la göndər
Mədəsi ağrıyanların nəzərinə
Mütəxəssislər səhərlər oyandıqda ac qarına su içməyin faydalı olduğunu deyirlər. Bəs bu, bədənə necə təsir edir?

- Sağlam saçlara qovuşdurur. Kifayət qədər su içmək saçları qidalandırır, gücləndirir. Boş mədəyə su içmək isə daha da təsirlidir.

- Böyrək daşını və sidik yolu infeksiyasının qarşısını alır. Mədədəki turşular həzmsizlik və mədə yanması ilə yanaşı, böyrək daşlarına da səbəb olur. Səhərlər su içərək, böyrək daşları və sidik yolu infeksiyalarının qarşısını ala bilərsiniz. Yalnız səhərlər deyil, gün ərzində kifayət miqdarda su içməlisiniz.

- İmmunitet sistemini gücləndirir. Kifayət qədər su içmək limfa sistemini təmizləyir və tarazlayır. Bu da immunitet sistemini gücləndirir.

- Bədəndəki toksinlərin atılmasını təmin edir. Gecələr bədən özünü yeniləyərək, toksinlərə təsir edir. Səhərlər ac qarına su içdikdə bu toksinlər bədəndən xaric edilir. Beləcə, günə yenilənmiş və sağlam bir şəkildə oyanarsınız.

- Maddələr mübadiləsini gücləndirir. Səhərlər boş mədəyə su içmək maddələr mübadiləsini ən az 24 faiz sürətləndirir.

- Sağlam formada çəki azaltmağı dəstəkləyir.

- Mədə yanması və həzmsizliyə yaxşı təsir edir. Həzmsizlik mədədə turşunun artmasından qaynaqlanır. Bu turşunun yemək borusuna geri qayıtması isə mədə yanmasına səbəb olur.

- Dərini gözəlləşdirir. Susuzluq qırışlara və dərin məsamələrə səbəb olur. Araşdırmalardan biri sübut edib ki, boş mədəyə 500 ml su içmək dəridəki qan dövranını artırır, hamar və parlaq dəriyə qovuşmanızı təmin edir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 188
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN