SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Tənbəllər üçün ən effektiv arıqlama üsulu - Resept

whatsappda paylaş Whatsapp-la göndər
Tənbəllər üçün ən effektiv arıqlama üsulu - Resept
Bəzi insanlarda maddələr mübadiləsi anadangəlmə sürətli gedir. Lakin əfsuslar olsun ki, hamı bu xoşbəxtliyə sahib deyil. Müasir dövrdə əksəriyyət yaxşı formada görünmək üçün zərərli qidalardan imtina edir, saatlarla idman zalında məşq edirlər. Yaşlaşdıqca maddələr mübadiləsi zəifləyir və çəkiyə nəzarət etmək daha da çətinləşir. Bu möcüzəli içki hətta kompüter arxasında və ya televizor qarşısında oturanda da təsirini göstərir. Təsadüfi deyil ki, bu metodu tənbəllər üçün ən effketli arıqlama metodu hesab edirlər. Bu sadə reseptin sayəsində maddələr mübadiləsi sürətlənir və tədricən arıqlama prosesi gedir. İnqrediyentlər: 2 çay qaşığı bal 1 çay qaşığı darçın 250 ml su. Hazırlanma qaydası: 1.Suyu qaynadın. 2. Darçını qazana qoyub üzərinə qaynar su tökün. Qapağını bağlayın. 3. Soyuyanda bal əlavə edin. İsti suya heç vaxt bal tökməyin, çünki o öz faydalı maddələrini itirir. 4. Yatmazdan qabaq bu içkidən yarım stəkan için. Qapağını bağlayın, soyuducuda saxlayın. Səhəri gün yerdə qalan içkini isitmədən için. Unutmayın ki, bu içkiyə yuxarıda adları qeyd olunan inqrediyentlərdən başqa heç nə əlavə etmək lazım deyil. Onu acqarnına qəbul etmək daha yaxşıdır. Bu sadə içki metabolizmi sürətləndirməyə kömək edəcək. Əlbəttə, bu içki ilə aya bir-iki kiloqram arıqlamaq olar, daha yaxşı nəticə əldə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq və düzgün qidalanmaq lazımdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 12099
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN