SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Kilo almaq üçün

whatsappda paylaş Whatsapp-la göndər
Kilo almaq üçün
* İnsan qətiliklə kökəlmək istəyirəm deyə nizamsız bəslənməyə başlamamalıdır. Bu üsul kilo aldırsa belə alınan kilo bir işə yaramıyacaq, yalnız qarında bir şişlik meydana gətirəcək.

* İnsan hesabla hər gün 3 əsas yemək, 3 ara pay olacaq şəkildə gündə 6 pay qidalanmalıdır. Payların təxirə salınmaması çox əhəmiyyətlidir.

* Yeməkdən əvvəl idman edilməlidir xüsusilə gediş, qaçış, jim, edilməlidir. Bu həm iştahı açar, həm də alınan kilonun sağlam bir şəkildə alınmasını təmin edər.

* Süd və süd məhsullarına, ət və ət məhsullarına üstünlük verilməlidir.

* İstehlak karbonhidrat miqdarı artırılmalıdır.

* Südə bal, şəkər, bəhməz, mürəbbə əlavə edərək içə bilərsiniz.

* İçkilər yemək əsnasında deyil, yeməkdən 30 dəq əvvəl və ya 30 dəq sonra içilməlidir.

* Turşulu içkilər yerinə təzə meyvə suları istehlak edilməlidir.

* Yatmadan əvvəl yemək yeyilməlidir və ya hər hansı bir şirin yeyilməlidir.

* Yeməklərdən sonra şirin yeyilməlidir.

* Çəki alacam deyə çox yağlı yeməklər yeyilməməlidir. Yağ ilə alınan kilo sağlam olmayan bir kilodur.

* Fındıq, fıstıq, badam, qoz və s. istehlak edilməlidir.

* İçinə şəkər qatılaraq qatıq yeyilməlidir.

* Orta hesabla hər gün yumurta yeyilməlidir.

* İştahsızlıq vəziyyətlərində aclığa görə deyil, pay saatlarına görə qidalanmaq lazımdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 177
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN