SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Analar, körpələrinizi bakteriyaya yoluxdurmayın!

whatsappda paylaş Whatsapp-la göndər
 Analar, körpələrinizi bakteriyaya yoluxdurmayın!
Körpəni çox istəyirik, onu öpüb-qucaqlamaqdan, bir sözlə, əzizləməkdən yorulmuruq. Ancaq bəzən özümüz də bilmədən müxtəlif yollarla körpəyə bakteriya yoluxdururuq. Məsələn, ana dişlərin çürüməsinə səbəb olan “streptococcus mutans” adlı bakteriyalar qrupunu asanlıqla körpələrinə yoluxdura bilirlər. Bu bakteriyalar da körpədə sonradan müxtəlif cür xəstəliklərə səbəb olur. Bakteriyalar körpəyə ananın tüpürcəyi vasitəsilə, körpənin yemək yediyi qaşıqla yeməyin dadına baxması ilə və ya butulkadakı südün isti-soyuqluğunu yoxlayarkən yoluxur. Beləliklə, ananın ağzındakı çürük dişlərdən ayrılan bakteriyalar körpəyə keçir. Bu baxımdan ana üçün ağıza və dişə qulluq çox vacibdir.Buna görə də, əvvəlcə, ağızda olan çürük dişləri və diş əti xəstəliklərini aradan qaldırmaq lazımdır. Şübhəsiz ki, körpələr təkcə bu yolla bakteriyalara yoluxmurlar, eyni zamanda təmiz yuyulub təmizlənməmiş butulkada verilən süd, əlinə keçən hər şeyi ağzına aparması və digər amillər də onun bakteriyaya yoluxmasına şərait yaradır.Hər zaman diqqətli olaq və körpələrimizi qoruyaq.Çünki onlar bizim gələcəyimizdir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1583
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN