SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Toyuq şorbası resepti

whatsappda paylaş Whatsapp-la göndər
Toyuq şorbası resepti
Tərkibi:
1/2 toyuq
1 sap kərəviz
1 kök
1 kiçik soğan
1,5 lt su
2 pomidor
1 qəhvə fincanı pomidor püresi
1 yemək qaşığı kərəyağı
1 yemək qaşığı un

Hazırlanması:
Toyuq yuyular, kərəviz sapi təmizlənər, kök və soğan soyulub yuyular və böyük bir qazana qoyular. Üzərini örtəcək qədər soyuq su əlavə olunar 1,5-2 litr qədər, duzu qoyular və qaynamağa buraxılar 30 dəqiqəyə qədər. Üzərində yığılan köpük bir qaşıqla alınıb atılar.

Toyuq suyu hazır olunca içindən kərəviz, kök, soğan və toyuğu alınar, suyu bir süzgəcdən süzülər. Bu tərəvəz və toyuq parçalanıb istənsə şorbaya əlavə olunar ya da ayrı olaraq qəbul edilər. Digər tərəfdə təmiz bir qazanda kərəyağında un qovrular və yavaşca üzərinə isti olan toyuq suyu tökülər, pomidor rəndəsi və pomidor püresi əlavə olunar, qaynamağa buraxılar. Bu nöqtədə tel şəhəriyə, duz və didiklənilmiş toyuq əti də qoyulub 10 dəqiqə daha bişirilər. Kasalara qoyulub təzə cəfəri yarpaqları səpilərək süfrəyə verilər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 79
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN