SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qırmızı lobya arıqladır, ürəyi və sinirləri sağaldır.

whatsappda paylaş Whatsapp-la göndər

Qırmızı lobya ən faydalı və qiymətli məhsullardan biridir. Qırmızı lobya bütün dünyada mətbəxlərində geniş istifadə olunur və sevilir.

Lobyanı qidalanmaya daha tez-tez daxil edin. Bu həm sağlamlığınız, həm də gözəlliyiniz üçün çox faydalıdır.

Qırmızı lobyanın əsas faydaları arasında:

- B qrupu vitaminləri ilə zəngin olan qırmızı lobya dəri, immun və sinir sistemi üçün olduqca faydalıdır.

- Qırmızı lobya qidalı liflərlə zəngindir. Qidalı liflər xərçəngdən qoruyur, bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyin qarşısını alır, qanda şəkərin və "pis" xolesterolun səviyyəsini aşağı salır, orqanizmi toksinlər və şlaklardan təmizləyir.

- Lobya zülallarla zəngindir. Zülallar orqanizmin əsas "tikinti materialıdır". Bu göstəriciyə görə lobya ət və balığa yaxınlaşır. Lobyada olan zülal orqanizm tərəfindən çox asan mənimsənilir.

- Mis və dəmirlə zəngin olan qırmızı lobya qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı çox faydalıdır.

- Qırmızı lobyada olan kükürd dərinin vəziyyətini yaxşılaşdırır.

- Qırmızı lobya antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə qocalma proselərini ləngidir.

- Fol turşusu ilə zəngin olan qırmızı lobya hamilə qadınlar üçün xüsusilə faydalıdır. Hamiləlik zamanı bu vitaminin çatışmamazlığı döldə sinir sisteminin ağır inkişaf qüsurlarına səbəb olur.

- Kaliumla zəngin olan qırmızı lobya ürək və böyrəklər üçün olduqca faydalıdır, ödemləri azaldır, arterial təzyiqin tənzimlənməsinə kömək edir.

- Lobya çox tez toxluq hissi yaradır və bu səbəbdən arıqlamağa kömək edir. Lobyanın bu xüsusiyyəti müxtəlif pəhrizlər zamanı istifadə olunur. Hətta xüsusi lobya pəhrizi mövcuddur.

mənbə: Qırmızı lobya ən faydalı və qiymətli məhsullardan biridir. Qırmızı lobya bütün dünyada mətbəxlərində geniş istifadə olunur və sevilir.

Kateqoriya: Sağlamlıq
Baxış sayı: 165
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN