loading...

Mezoterapiyanın dərini cavanlaşdırmaq xüsusiyyəti

whatsappda paylaş Whatsapp-la göndər
Mezoterapiyanın dərini cavanlaşdırmaq xüsusiyyəti
Mezo iynələr saç tökülmə problemini kökündən həll edən və qan dövranını bərpa edən estetik müdaxilədir.
Mezoterapiyadan sonra nazik saç telləri qalınlaşır.
Saç muzoterapiyasından sonra saç kökləri möhkəmlənir, sürətlə uzanır, tökülmə azalır. Xülasə, saç mezoterapiyası vasitəsilə saç tökülməsi nəzarət altına alınır, tökülməni dayandırır, incə telləri qalınlaşdırır, seyrəkləşmiş hissələr yeni gur və sağlam tüklərlə bərpa edilir.

Mezoterapiya ilə bədənin istənilən yerini cavanlaşdırmaq, qüsurları bərpa etmək mümkündür. Məsələn, mezo iynələr bədənin tez qocalmağa meylli olan üz, əllər, boyun və sinə dekoltesi kimi həssas yerlərinə "anti-aging” (yaşlılıq əleyhinə) təsir göstərir, kollagen istehsalını stimullaşdırır, dərini cavanlaşdırır, ona parlaqlıq verir və təravətləndirir. Günəş şüaları və dərinin zamanla kollagen itirməsi dərinin qocalma prosesini sürətləndirir. Mezoliftlər sayəsində antioksidantlar, vitaminlər və digər faydalı maddələr dəriyə nüfuz edir və ona gənc görünüşü qazandırır

Yağlı yeməklər, artıq çəki dərinin həm görünüşünü korlayır, həm də sağlamlığa pis təsir edir. Arıqlamağın min bir üsulu olsa da, onların çoxu zəhmət və vaxt tələb edir. Çoxları iradəli olmadığı üçün pəhrizi yarımçıq qoyur, çəkisi ilə barışır. Bu da insanın növbəti dəfə stress keçirməsinə səbəb olur.

Müasir dövrdə arıqlamağın ən yaxşı yollarından biri də mezoterapiyadır. Qidalanma rejimi və məşqlər ilə planlaşdırdığınız çəkiyə düşə bilmirsinizsə, yaxud çətinlik çəkirsinizsə, bu zaman mezo iylərin gücündən yararlana bilərsiniz. Mezoterapiya ilə bədənin istənilən nahiyəsində toplanmış yağları tez bir zamanda əridə bilərsiniz. Bu üsulla problemli bölgələrə piy parçalama funksiyası olan dərmanlar, iynələr yeridilir. Nəticədə həmin bölgədəki yağ hüceyrələrinin əridilməsi və ümumi qan dövranına daxil olaraq bədəndən atılması təmin edilir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 55
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN