SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Soyuqdəymədən qoruyan, ürəyi möhkəmləndirən tərəvəz

whatsappda paylaş Whatsapp-la göndər
Soyuqdəymədən qoruyan, ürəyi möhkəmləndirən tərəvəz
Ağ turp çox faydalı məhsuldur. Ağ turp bir çox sağlamlıq üçün vacib olan maddələrlə zəngindir.

Onun tərkibində müxtəlif vitaminlər (B qrupu, C, E, PP), mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.), aminturşular, fermentlər, qidalı liflər və s. faydalı maddələr var.

Sizə bu tərəvəzin faydalarını təqdim edirik:
- Ağ turp fitonsidlərlə zəngindir. Bu maddələrin orqanizmə daxil olunması soyuq fəsillərdə xüsusilə vacibdir. Fitonsidlər immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Soyuq fəsillərdə hər gün 1-2 tikə turp yeyin. Həmçinin turpu salatlara əlavə edə bilərsiniz. Bu sizə soyuqdəymənin qarşısını almağa kömək edəcək.

- Turpun güclü iltihabəleyhinə xüsusiyyətləri var. Soyuqdəymə, qripp, öskürək zamanı turp sağalmanı tezləşdirir.

Öskürək və bronxit zamanı belə təbii dərman hazırlayın: axşamdan turpun içini oyun və oyuğa bal tökün. Səhər isə alınmış şirəni için. Bu çox məşhur və sınanmış reseptdir.

- Ağ turp ürək və damarlar üçün çox faydalıdır. Məsələ burasındadır ki, turp kaliumla zəngindir. Kalium orqanizmdə artıq mayeni xaric edir ki, bu da ürəyin və damarların sağlamlığını qoruyur, arterial təzyiqi aşağı salır.

Bundan əlavə turp orqanizmdən pis xolesterolu xaric edir və bununla da aterosklerozun qarşısını alır. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbidir.

- Turp qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların normal fəlaiyyəti, qəbizliyin profilaktikası üçün çox vacibdir. Lakin mədə-bağırsaq sistemi ciddi pozulmaları zamanı (xora kəstəliyi, qastritŞ bağırsaq iltihabları) turpu qəbul etmək tövsiyə edilmir. Turp həmçinin köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.

- Güclü iltihabəleyhinə və sidikqovucu təsirlərə malik olan tirp sidik kisəsini və sidik yolları yaxşı təmizləyir, iltihabla mübarizə edir.

- Turp ödqovucu təsirə malikdir. Öd kisəsində durğunluq prosesləri azaldır, öd daşı xəstəliyinin əla profilaktikasıdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 200
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN