Qoz qabıqlarının dəmləməsi nələrə faydalıdır?

whatsappda paylaş Whatsapp-la göndər
Qoz qabıqlarının dəmləməsi nələrə faydalıdır?
Qoz bütün dünyada ən faydalı məhsullardan biri sayılır. Lakin tək qozun ləpəsi deyil, qabıqları, arakəsmələri, yarpaqları da çox faydalı müalicəvi məhsul sayılır.

Dəmləməni hazırlamaq üçün 10 qozun qabıqları götürülür, yaxşı yuyulur, xırdalanır, termosa tökülür. Qabıqların üzərinə 1 stəkan qaynar su tökün, termosun qapağını bağlayın, axşamdan səhərə qədər saxlayın. Sonra dəmləməni süzün və sərin yerdə saxlayın.

Bu dəmləmə
- damarları təmizləyir

- təzyiqi nomallaşdırır

- yaraları və xoraları sağaldır

- babasil zamanı kömək edir

- qurdları öldürür.

Dəmləməni gündə 3 dəfə 1 x.q. olmaqla yeməkdən 15-20 dəqiqə əvvəl qəbul edin.

Həmçinin dəmləmə dəridə xoralar və yaralar zamanı islatmalar şəklində istifadə olunur.

Ağızda stomatit, yaralar, damaq iltihabları, damaqların qanaması zamanı dəmləmə ilə qarqara edin.

Babasil zamanı dəmləməni oturaq vannaları üçün istifadə etmək olar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 140
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN