loading...

Şaftalı və zəncəfilli buzlu çay

whatsappda paylaş Whatsapp-la göndər
Şaftalı və zəncəfilli buzlu çay
Tərkibi:
1 lt su
2/3 su stəkanı şəkər
6 paket çay
2-3 sm təzə zəncəfil kökü
1 limon suyu
1 su stəkanı şaftalı suyu
2-3 ədəd şaftalı

Hazırlanması:
Bir qazanın içində şəkərlə birlikdə su qaynadılar, altı söndürülüb içinə çay paketləri qoyular və üstü strech ilə örtülərək 10-15 dəqiqə dəmlənməyə buraxılar.
Bu müddət keçib ilıq olan çayın içinə zəncəfil parçaları atılar.
Limon suyu və yalnız 1 şaftalının dilimləri qoyularaq, təkrar ağızı örtülərək ən az 2 saat soyuducunda soyumağa buraxılar. 1 stəkan şaftalı suyu və təzə dilimlənmiş şaftalılar da əlavə olunub qarışdırılar və çox buz qoyularaq xidmət edilər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 93
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN