Kəbin haqqında məlumat

whatsappda paylaş Whatsapp-la göndər
Kəbin haqqında məlumat
Kişi ilə qadın bir-birlərinin həyatını birləşdirməyə qərar verdikdə, İslama görə, onların arasında mütləq kəbin kəsilməlidir. Yəni onlar arasında NİKAH bağlanması vacibdir. Bu zaman tərəflərin bu nikaha razı olmaları başlıca şərtlərdəndir. Əgər tərəflərdən biri, yaxud hər ikisi bu evliliyə razı deyilsə, onda onlar arasında bağlanan əqdin (kontraktın) heç bir qüvvəsi olmur. Belə kəbin batil sayılır. Əslində, kəbini kişi ilə qadın özləri kəsməlidir. Yəni tərəflər Allah qarşısında bir-birilə ailə qurduqlarını dilə gətirməklə əqd bağlamalıdırlar.
Çox maraqlıdır ki, İslam tarixində böyük şəxsiyyətlər öz kəbinlərini özləri oxumayıblar və bu iş üçün özlərindən daha böyük və möhtərəm şəxsləri seçiblər. Məsələn, Məhəmməd Pəyğəmbərin (s.ə.s) Həzrət Xədicə ilə kəbinini İmam Əlinin atası Əbu Talib kəsib. İmam Əli (ə) ilə Həzrət Fatimənin kəbinini isə Məhəmməd Peyğəmbərin (s.ə.s) özü kəsib.
Bəzi hədislərdən məlum olur ki, kəbinkəsmə mərasimində, yəni kişi ilə qadının bir-birilə ailə qurduğu an bu mərasimə çoxlu mələklər enir və burada qeyri-adi rahatlıq, sevinc hiss olunur. Mələklər gözlə görünməsələr də, kəbin kəsilən yerə çox böyük nur bəxş edirlər.Eynilə əgər bir kəs kəbini geri oxutdursa,kəbin pozularsa bu zaman Mələklər göyddə fəğan edib ağlarlar....
islam dinində ailə quran hər bir qadının mehriyyə almağa haqqı çatır, yəni bu, qadının vacib hüquqlarındandır: «Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!» («Nisa» surəsi, ayə 4). Mehriyyə kəbinin vacib hissələrindən biridir və mehriyyəsiz kəbin düzgün sayılmaz. Qeyd edək ki, mehriyyənin pul, qızıl, daşınan və daşınmayan əmlak və sair qismindən olması vacib deyil. Mehriyyə, məsələn, Quran öyrətmək, hər hansı bir iş görmək kimi də ola bilər və Peyğəmbər zamanında bəzi səhabələr mehriyyə kimi zövcələrinə Quran öyrədiblər. Quranda bildirilir ki, Musa Peyğəmbər Həzrət Şüeybin qızını alanda mehriyyə olaraq 8 il çobanlıq etmək öhdəliyini götürüb: «(Şüeyb) dedi: «Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm…». («Qəsəs» surəsi, ayə 27).
Maraqlı bir məqama da nəzər salaq. Bildiyimiz kimi, qız atasının icazəsi olmadan kəbin kəsdirə bilməz. Amma əgər qız özünə bərabər, tam uyğun, münasib birini tapsa və valideynləri qızı subyektiv səbəblərlə həmin adama verməyə razı olmasalar, qız da bilsə ki, özünə bundan daha münasib birini tapa bilməyəcək, belə şəraitdə atanın icazəsi olmadan ailə qura bilər.
Bəzi dinlərdən, inanclardan fərqli olaraq, İslam dini rahibliyi, evlənmədən imtinanı, hər növ tərkidünyalığı qadağan edir. İslam bizlərə öyrədir ki, insan təbiətinə uyğun, normal həyat sürməlidir. Sadəcə, bu həyat Allahın göstərdiyi mənəvi qanunlara uyğun şəkildə qurulmalıdır. Bu isə elə insanın xoşbəxt həyat sürməsinə xidmət edir. İnsanın dünya səadətinə xidmət edən vasitələrdən biri də elə evlənmədir. Sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s) nahaq yerə demir: «Evlənən şəxs xoşbəxtliyin yarısını əldə edir!». Allahın razılığı da elə bundadır. Beləliklə, imanımız da, xoşbəxtliyimiz də tam, bütöv, kamil olsun deyə, ailə quraq və Allahın razılığını qazanaq. Allah xoşbəxt eyləsin!..
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 139
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN