SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Poğaça resepti

whatsappda paylaş Whatsapp-la göndər
Poğaça resepti
Tərkibi:
100 qr otaq istiliyində kərə yağı
1 çay stəkanı maye yağ
1 çay stəkanı ilıq su
1 çay stəkanı ilıq süd
1 ədəd instant maya
2 yemək qaşığı şəkər
1 ədəd yumurta
Təxminən 4 -4,5 su stəkanı un
duz

Üzəri üçün:
3 yemək qaşığı bəkməz
2 yemək qaşığı su
küncüt

İçi üçün:
Ağ pendir + cəfəri

Hazırlanması:
İlıq suyun içinə mayanı töküb şəkərdən biraz əlavə edib mayalanmasını gözləyin. Qabaranda qaba töküb, süd və şəkərin qalanını da əlavə edin. Ardından yumurta, maye yağı, kub kub kəsilmiş kərəyağını əlavə edin. 4 stəkan unu və duzu da əlavə etdikdən sonra yoğurmağa başlayın. Əlinizə yapışmayacaq, qulaq məməsi konsistensiyasında bir xəmir olmalıdır. Lazım olsa yarım stəkan unu da əlavə edib yoğurmağa davam edin. Xəmirin üstünü örtün 20 dəqiqə qədər otaq istiliyində saxlayın.
Bu arada içi üçün pendiri parçalayıb cəfəri ilə qarışdırın. Poğaçaların üstü üçün bəkməz və suyu çırpıb geniş bir qaba qoyun. Küncütü də başqa bir qaba tökərək hazır edin.
Mayalanan xəmirdən yumurta böyüklüyündə parçalar qoparın, təxminən 20-22 dənə top çıxır. Əlinizdə top şəkli verin. Əlinizlə yüngül yumru açıb pendiri qoyduqdan sonra kənarlarını yuxarı doğru birləşdirərək oval şəkil verin. Sonra əlinizlə basdıraraq düz formaya salın.
Poğaçalar əvvəl bəkməz və su qarışığına, sonra da küncütə batırıb qaba düzün. Üzərinə iti bıçaqla iki cızıq atın. Qabarması üçün ən az 40 dəqiqə daha gözləyin. 200 dərəcədə isidilmiş sobada qızarana qədər bişirin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 208
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN