SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Son istifadə qaydasını bilmədiyiniz əşyalar

whatsappda paylaş Whatsapp-la göndər
Son istifadə qaydasını bilmədiyiniz əşyalar
Ev başmağı
6 ay istifadə müddəti vardır. Göbələk infeksiyasının yayılması üçün olduqca əlverişli olan ev başmaqları mümkün olduğunca yuyulmalıdır.

Saç fırçası
Saç fırçalarınızı həftədə bir dəfə təmizləməli, ildə bir dəfə isə dəyişdirməlisiniz.

Duş lifləri
6 aydan sonra dəyişməsi lazımdır. Ancaq duş liflərinin müddətini uzatmaq istəyirsinizsə bu məhsulları nizamlı bir şəkildə suda qaynadın. Bakteriyaları bu şəkildə öldürə bilərsiniz.

Ətir
Təbii yağlar ehtiva edən ətirlər bağlı bir şəkildə mühafizə edildiyində 3 il, açıq saxlandığında isə 2 ilə qədər qala bilər.

Dəsmal
1-3 il kimi bir müddətdə yeniləmək lazımdır. Bakteriya çıxaran yaş dəsmalları yumaq da həll olmaya bilər.

Yastıq
2-3 ildən sonra yastıqlar dəyişdirilməlidir. Yastıqlar evdəki tozu toplar, şəkilləri pozulduğu üçün boyun ağrısına səbəb ola bilər.

Busqalter
1-2 il istifadə müddəti vardır. Busqalterinizin şəkli və elastikliyi pozulduğunda, böyük ya da kiçik gəlməyə başladığında və narahat hiss etdiyinizdə dərhal dəyişdirməlisiniz.

Ədviyyatlar
1-3 il istifadə müddəti vardır. Ədviyyatlar zamanla dadını və qoxusunu itirər.

Dezenfektanlar
3 aydan sonra dezenfektanlar təsirini itirməyə başlar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 92
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN