SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Allahın yer üzündəki cənnətinin açarı

whatsappda paylaş Whatsapp-la göndər
Allahın yer üzündəki cənnətinin açarı
Qәlblәri – Allahı zikr etmәk qәdәr heç bir şey rahatlaşdıra bilmәz, ondan daha böyük savabı olan başqa bir әmәl ola bilmәz. Bu, Allahın bir vәdidir:

“..Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar.” (Rad, 28)
Allahı xatırlamaq, Onun yer üzündәki cәnnәtinin açarıdır. Onun yer üzündәki cәnnәtinә daxil olmayan, axirәtdәki cәnnәtinә dә daxil ola bilmәz. Zikr, nәfsin – xәstәlik, sıxıntı vә iztirablardan qurtuluşudur. Hәtta o, bütün uğurların vә qurtuluşun asan vә qısa yoludur. Zikrin faydalarını görmәk üçün Qurani-Kәrim oxu vә düşün. Şәfaya nail olmaq üçün, günlәr boyunca zikr dәrmanını iç. Qısası, sәn Onu (Allahı) zikr et, xatırla ki, O da sәni zikr etsin, xatırlasın:

“..Siz Məni xatırlayın (zikr edin) ki, Mən də sizi yada salım!..” (Bәqәrә, 152)

Qorxu, narahatlıq, üzüntü vә kәdәr buludları, Allahı zikr etmәklә dağılar.. Hüzn dağları, Onun zikri ilә ortadan qalxar.. Allahı zikr edәn kimsәlәrin rahatlığına heç tәәccüb etmә!.. Çünki doğru olan vә Rәbb tәrәfindәn vәd olunan da budur. Tәәccüb edilmәsi gәrәkli olanlar, Allahın zikrindәn qafil olanlardır. Yoxsa onların qәlblәri, Allahdan qeyrilәrinin zikri ilә mәşğuldur?! Әgәr elәdirsә bil ki:

“(Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmәzlər..” (Nәhl, 21)

Ey yuxusuzluqsan şikayәt edәn! Ey kәdәrdәn ağlayan! Ey baş verәn hadisәlәr sәbәbi ilә әziyyәt çәkәn! Ey bәla vә müsibәtlәrdәn dolayı sovrulmuş insan! Haydi, O’nun müqәddәs vә mübarәk adını çәk, O’nu zikr et!

“..Heç (Allahın özündən başqa) Ona bənzərini tanıyırsanmı?” (Mәryәm, 65)

Hәyatın sıxıcıdırsa, daima narahatlıq vә kәdәr içәrisindәsәnsә, әmin ol ki Allahı zikr etmәkdәn uzaq düşmüsәn, qafillik çuxurundasan.. Dәrhal oradan çıx, dünya vә axirәt xoşbәxtliyinә doğru qaç..

“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik..” (Taha, 123)

Allahın adlarını nә qәdәr çox zikr etsәn, ürәyin bir o qәdәr genişlәnәcәk, qәlbin rahatlıq tapacaq, xoşbәxtliklә gәlәn rahatlıq, vicdanını bürüyәcәk.. Çünki, Uca Allahı zikr etmәk:

Ona güvәnmәk; Ona etimad etmәk; Ona yönәlmәk; Onun haqda yaxşı zәndә olmaq vә qurtuluşu Ondan gözlәmәk – demәkdir..

O, dua edildiyi zaman, qullarına çox yaxındır.. Nida edildiyi zaman eşidir, Ondan istәnildiyi zaman verәr.. Buna görә dә, Ona yalvar, boyun әy vә ehtiram göstәr.. Dilin daima Onun zikri ilә mәşğul olsun.. O tәkdir – Onu ortaqlardan/şәriklәrdәn uzaq tut, Onu tәriflә, Ona dua et, Ondan istә vә hәmçinin, Ondan bağışlanma dilә.. Onun qüvvәt vә qüdrәti sayәsindә xoşbәxtlik vә әmin-amanlığı, sevinc vә nuru tapacaqsan.. Buna әmin ol!
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 136
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN