SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hissiyatı olmayan bürc

whatsappda paylaş Whatsapp-la göndər
Hissiyatı olmayan bürc
Qoç

Eqoya ən çox ehtiyac duyan bürcdür. Öndə olması üçün hər şey etməyə hazırdır. Eşqdə, işdə, gücdə ən eqoist bürcdür. Qarşısındakının qəlbinə dəyməyəcək qədər eqoistdir. Hər şeyi asanlıqla bəyənmir. Əsla üzr istəməz. Ona qalsa, yalnız öz ağlı üstündür. Hər kəsə nəsihət verir, çoxbilmişlik edir. Hətta qarşısına qoyulan yeməyi bəyənməz. "Mən bilirəmsə, demək doğrudur, istəyirsənsə, arxamdan qaç. Əmr almıram, əmr verərəm", - deyir.

Buğa

Ağır xarakterlidir. Hərəkətə gəlməsi üçün arxasından həmişə kimsə itələməlidir. Deyiləni ilk dəfədən əsla anlaya bilməz, 10 dəfə təkrarlamaq lazımdır. "Tək diləyim var, çoxlu pul, zəngin süfrə, çox şey istəyirəm? Bunlar mənim güvəncimdir", - deyir.

Əkizlər

Uzaq dayanmaqda fayda var. Çənəsi boşdur, əsir aldımı, can qurtarmaq asan deyil. "Zəkam parlaq, dilim qıvraq, hər mövzudan başım çıxır, heç bir çətinlikdən qorxmuram, sıxıntı çəkmərəm. Ancaq qərar da verə bilsəm...", - deyir.

Xərçəng

Xərçənglər xoşagəlimli və başqalarının problemləri ilə maraqlanan kimi görünməyə çalışır. Lakin addım atmaqdan qorxurlar. Asan aldadılırlar. "Romantikəm, toxunsalar, göz yaşım axar, anam, atam, uşaqlarım, mən onlarsız nə edərəm?", - düşünərək yaşayırlar.

Şir

Sən özünü dünyanın zirvəsindəki qüsursuz insan sanmağa davam et, millət sənə nə lağlar edir xəbərin yoxdur. Şirlər tənqidə tab gətirə bilmirlər. "Mən yaratdım bu dünyanı" düşüncəsi daim onların beynindədir.

Qız

Detallar arasında itib-batar. Həyatı detallarla doludur. Bir də çox vasvasıdır. Səliqəli, nizamlıdır. Amma hər tərəfə nəzarət etmə xasiyyəti insanları bezdirir. Dili də çox itidir. Soyuq, ruhsuz bir tipdir. "Yazdım, çəkdim, qeydlər apardım, hər bir şeyi nizamladım. Məndə heç bir səhv yoxdur. Mükəmməli mən yaratdım" şüarı ilə yaşayır.

Tərəzi

Çox pis yaradıcı ruhu var. Ağlı daim havada gəzən bu cür insanın bir iş tapması da çox çətindir. Ömrünün sonuna qədər işsiz-gücsüz gəzə bilər. "Mən musiqisiz yaşaya bilmərəm. Hələ sevməsəm, heç yaşaya bilmərəm. Hər mövzuda danışsam, təəccüblənmərəm, çünki bir bildiyim vardır", - deyir.

Oxatan

Hər şeyin yaxşı tərəfini görən şən ruhlu bir tipdir. Çünki qabiliyyətsizliyini başqa cür örtə bilməz. İşsiz-gücsüz insanlar bu bürcdən çıxır. İşi-gücü boş-bekar gəzməkdir. Macəradan macəraya qaçır. Lakin elm və mədəniyyət topladığını deyir.

Əqrəb

Adı üstündə, əqrəb kimi sancır adamı. Qısqanclıq böhranlarına girir. Eşqdə, işdə, münasibətlərdə ən çox təsir edən tərəfdir. "Ən güclü şübhəsiz ki, mənəm. Hər kəsi əzib keçərəm. Hələ mənə tərs baxanı doğulduğuna peşman edərəm", - deyir.

Oğlaq

Ən duyğusuz bürcdür. Divar kimidir. Reaksiyasızdır. Həddindən artıq maddiyyatçıdır. Mühafizəkardır və risk etməkdən qaçır. "Mən xəsislik edirəm bəyəm? Sadəcə olaraq hesabını bilmək lazımdır", - deyir.

Dolça

Guya çox cəhd edir, bir şeyi əldə etmək üçün hər cür yolu sınayır. "Təqlidi heç sevmirəm, istəsəm də, bacara bilmərəm, orijinaldır fikirlərim, təqib ediləcək olan mənəm", - deyir.

Balıq

Balıq - adı üstündə, vur başına, al çörəyini əlindən. Xəyal gücü çox inkişaf edib. "Deyiləcək çox söz yoxdur. Bir dünyam var, sirli bir saraydır. Toxunsanız, qırılaram, mən həqiqətlərlə barışa bilmərəm, xəyallarla təsəlli tapıram", - deyir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 93
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN