SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Evdə hazırlaya biləcəyiniz gözəllik reseptləri

whatsappda paylaş Whatsapp-la göndər
Evdə hazırlaya biləcəyiniz gözəllik reseptləri
1- Saçınız üçün pudra: Əgər normal şampun və yuma işləri üçün vaxtınız yoxsa saçınızın yağlı bölgələrinə talk pudrası ya da karbonat toxun və quru şampun kimi istifadə edin. Saç diblərinə tökdüyünüz pudranı dara saçın geri qalanına yedirin və saçınızı qurutma maşını ilə qurudun.

2- Ətir vurun: Əgər duş almaq üçün kafi vaxtınız yoxsa saçlarınıza ətirinizdən sıxa bilərsiniz.

3- Qaşlarınız üçün göz kremi: Mükəmməl qaşlara sahib olmaq üçün tək etməniz lazım olan göz ətrafı üçün istifadə etdiyiniz kreminizi qaşlarınıza çəkməkdir.

4- Saç spreyinizi darağınıza sıxın: Saçlarınızı formaya salma əməliyyatını bitirmədən əvvəl saç spreyinizdən saç fırçanıza da sıxın və bu şəkildə bir dəfə daha diblərindən uclarına doğru darayın.

5- Qaşlar üçün diş fırçası: İstifadə etmədiyiniz bir fırçanı yüngülcə isladın və qaşlarınızı yüngülcə darayın.

6- Saç sprey qutusu: Saçlarınıza spreyi sıxdıqdan sonra saç spreyinin qutusu ilə saçlarınızın üzərindən dolan. Beləcə baş qaldıran saçları nizama salacaqsınız.

7- Saç kremi ilə qıçlarınızı taraş edin: Ülgüc istifadə etmədən əvvəl qıçlarınıza qalınca bir təbəqə saç kremi çəkin. Beləcə tüklər yumşalaraq taraşa hazır hala gələcək.

8- Sirkə ilə parlayın: Bir az sirkə ilə dörd ölçü karbonatı qarışdırıb quru saça tətbiq edin. 15 dəqiqə gözlədikdən sonra durulayın, saçlarınızı ışıl-ışıl olacaq.

9- Dəsmal yerinə köynək: Saçlarınızı yaşkən dəsmal yerinə köynəklə qurutmağı sınayın, hər bir tel yerində duracaq, uçuşmayacaq.

10- Topuqlara vazelin: Çatlamış və qurumuş topuqlar üçün vazelini gecə yatmazdan əvvəl çəkin və üzərinə corab geyinin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 161
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN