loading...

Uşaqlarda qısqanclıq

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqlarda qısqanclıq
Uşaqlar arasındakı qısqanclıq valideynləri çox narahat edir və onlar qısqanclıq müşahidə edən zaman uşağı ciddi cəzalandırırlar. Bəzi ailələrdə isə valideynlər əksinə uşaqlarda rəqabət hissi yaratmaq üçün yalnış üsullardan olan müqayisə etməyə çalışırlar.

Qısqanclıq probleminin həlli zamanı valideynlərin qarşısında duran əsas iş uşaqlarda qısqanclıq hissinin ən az səviyyəyə endirilməsidir. Qısqanclığın dərəcəsinin artması və ya azalması təbii ki,valideynlərin onlara göstərilən münasibətindən çox asılıdır. Bunun üçün aşağıdakıları nəzərə almalıyıq:

Uşaqları heç vaxt müqayisə etmək lazım deyil.Yəni, uşaqlarla münasibətdə onlara “Bax, görürsən, o, səndən daha yaxşıdır”, “Sən nə üçün qardaşın (bacın) kimi deyilsən?” və s. bu kimi ifadələrdən istifadə etmək olmaz. Əgər uşaqlardan biri özündən daha qabiliyyətli, daha ağıllı olan qardaşını (bacısını) qısqanırsa, heç vaxt onunla hisslərinə toxunacaq fikirlər səsləndirməyin. Məsələn, ona “Nə olsun ki, sən məktəbdə oxumağına görə seçilmirsən, əvəzində idmanda böyük uğurlar qazanmısan” ifadəsi yerinə “Mən bilirəm ki, sən də əlaçı olacaqsan. Sən buna qadirsən, sadəcə daha çox çalışmalısan” deyib onu başa düşdüyünüzü, ona güvəndiyinizi hiss etdirməlisiniz.
Böyük qardaş daha güclü, daha sərbəst və digər üstünlüklərə malik olduğuna görə qısqanılır.
Balaca ona görə qısqanılır ki, valideynlər ona görə daha çox narahat olur, onunla daha çox maraqlanırlar.
Bacılar qardaşları onların sərbəstliyinin çox olduğuna görə, qardaşlar bacıları isə onlara daha çox diqqət yetirildiyinə görə qısqanırlar.

Uşaqlar çox zaman öz qısqanclıqlarını gizlədə bilmirlər.Valideynlərindən tez-tez körpənin qardaşının(bacısının) yenidən xəstəxanaya qaytarılmasının mümkün olub və ya olmadığını soruşurlar. Körpəyə qarşı zorakılıq göstərirlər. Məsələn, körpənin əlini-qolunu dartırlar, vururlar, çimdikləyirlər və s.

Uşağın körpə qardaşına (bacısına) qarşı isti münasibət yaratmaq və gücləndirmək üçün valideynlərin körpənin qayğısına qalmağı ona da həvalə etmələri məqsədəuyğundur. Bu zaman uşaq körpənin köməksiz, zəif olduğunu hiss edir və onda qorumaq instinkti yaranır. Beləliklə uşaqda körpə üçün nə isə etmək arzusu əmələ gəlir.

Uşaqlar körpəyə qulluq zamanı valideynlərinə kömək edə bilərlər. Məsələn, onlar körpənin oyuncaqlarını, geyimlərini gətirə bilərlər, həmçinin körpəni yedizdirmə, geyindirmə və s. işlərdə də iştirak edə bilərlər.

Körpə həyatının ilk aylarında əsasən yatır və onu yedizdirmək,çimizdirmək,geyindirmək və s. kimi fiziki işlərdən başqa heç bir xüsusi diqqət tələb etmir. Bu isə valideynlərə imkan verir ki,vaxtının çox hissəsini digər uşağa sərf etsin. Özünə qarşı böyük diqqəti hiss edən uşaq sonra bu diqqəti özü körpəyə göstərir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 80
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN