SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Uşaqlarda yeməkdən imtina etmə xəstəliyi

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqlarda yeməkdən imtina etmə xəstəliyi
Qaşıq ilə yeyərkən isə ağız passiv bir şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə orqanik patalogiya- yuxusuzluq və halsızlıq müşahidə olunmur.

Unudulmamalıdır ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin əsasən anaların narahatlığı daha çox artır.

Uşaqlarda bu əsasən 6.aydan sonra müşahidə olunmağa başlayır. Əsasən uşaqlara zorla yedizdirmə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.

Körpənin 2 yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşülməzsə bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi digər psixoloji problemlərə gətirib çıxarır.

Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə parallel həkim müayinəsi olunmalı, ehtiyac duyularsa farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən bu problemli uşaqlarda səbəb valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır. Yedizdirmə zamanı nələrə diqqət edilməli:
Verilən yemək uşaq tərəfindən imtina olunarsa məcbur edilmədən digər yeməyə keçilməlidir.
Yemək az miqdarla başlanmalıdır.
İmtina olunan yeməyə yenidən dönülməməli və verilən yeməyin miqdarı dəyişdirilməməlidir.
Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır.
Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır.
Heç bir halda zorla yedizdirlməməlidir.
Yemək vaxtında oyun oynanmamalı, uşağın qabağında yemək haqqında danışılmamalıdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 151
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN