loading...

Ballı keks qara gavalı ilə

whatsappda paylaş Whatsapp-la göndər
Ballı keks qara gavalı ilə
Tərkibi:
2 yumurta
0,5 st. şəkər tozu
300 q duru bal
100 q kərə yağı
3/4 st. tünd çay
1 ç.q. limon şirəsində söndürülmüş soda
1 ç.q. qabartma tozu
2 ç.q. darçın tozu
390 q un
250 q qara gavalı

Hazırlanması:
Tünd çay dəmləyib bunun 3/4 stəkanını götürün.
Yumşaldılmış yağı bal və şəkər tozu ilə qarışdırın, çay və yumurtaları əlavə edin, qarışdırın.
Gavalıdan başqa digər quru ərzağı bir qabda qarışdırıb sonra ballı-yumurtalı qarışığa əlavə edin. Qara gavalını yuyub qurudun, xırda doğrayıb xəmirə əlavə edin.
25 sm diametrli formanı yağlayın, un səpin. Xəmiri içinə tökün.
Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.
Süfrəyə verməzdən əvvəl soyudun.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 74
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN